Donatello

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Donatello
it. Donatello
Uffitsi qalereyasında Donatellonun heykəli
Uffitsi qalereyasında Donatellonun heykəli
Doğum adı it. Donato di Niccolò di Betto Bardi
Doğum tarixi
Doğum yeri Florensiya
Vəfat tarixi
Vəfat yeri Florensiya
Dəfn yeri
  • San-Lorentso bazilikası[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Janrlar dini incəsənət[d][1], portret[1], mifologiya rəssamlığı[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donatello (it. Donato di Niccolò di Betto Bardi; 1386[2][3][…], Florensiya[4][5]13 dekabr 1466[3][5], Florensiya[4][5]) — İntibah dövrü italyan heykəltaraşı.

1386-cı ildə Florensiyada dünyaya gəlib. O, erkən intibah dövründə Donatello adıyla tanınırdı və İtaliyanın görkəmli rəssam-heykəltaraşı olmuşdur. Əsasən İncil motivləri əsasında hazırladığı heykəllər, barelyeflərlə məşhurdur.

Erkən dövr həyatı

[redaktə | mənbəni redaktə et]

Donatellonun atası, Niccolo di Betto Bardi "Florensiya yun darayıcılıları gildiyası"nın üzvü idi. 1386-cı ildə Florensiyada dünyaya gəlib. Donatello Martelli ailəsinin evində təhsil alıb. İlkin sənət təhsilini zərgər emalatxanasında aldıqdan sonra Lorenso Gibertinin studiyasında çalışır.

1404-1407-ci illərdə Fillipo Brunelleski ilə Romada bir sıra qazıntılar və axtarışlardan apardıqdan sonra onların hər ikisi xəzinə axtaran şəxs kimi nüfuz qazanır. Maddi təminatı üçün isə Donatello zərgər dükanında işləməyə başlayır. Qədim Roma mədəniyyətinin davamçısı olmağı 15-ci əsrdə İtaliyanın incəsənətində həll edici rol oynamışdır. Məhz bu dövrdə Brunelleski Panteonun günbəzi və digər Roma məbədlərinin ölçülərini hesablamışdır. Brunelleskinin inşa etdiyi binalar və Donatellonun hazırladığı heykəllər intibahın ən mükəmməl əsərləri hesab olunur və müasirləri arasında güclü təsir oyadır.

Florensiyadakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Donatello Florensiyada Lorenso Gibertiyə Florensiya Baptisterisinin şimal divarına qoyulacaq müqəddəslərin heykəllərinin hazırlanmasında kömək edir. 1409-1411-ci illərdə müqəddəs İohanın oturmuş pozada təsvir olunan nəhəng heykəlini hazırlayır. 1588-ci ilədək köhnə kafedral cəbhəsində bir hissədə yerləşdirilir, sonradan Museo dell'Opera del Duomo-ya köçürülür. Bu sənət əsərində son dövr qotikanın formalaşmasında mühüm addım sayılır.

1411-1413-cü illərdə Donatello Müqəddəs Markın Orsanmikel kilsəsində yerləşdirilmiş heykəli üzərində çalışır. 1417-ci ildə zireh hazırlayanların konfreriyası üçün Müqəddəs Georginin heykəlini tamamlayır. Müqəddəs Georgi və əjdaha barelyefi baza üzərində qurulub. O, mərkəzi nöqtəli prespektivin ilk nümunəsi hesab olunur.

1415-1426-cı illər ərzində Donatello Florensiya kilsəsinin zəng qülləsində yerləşdiriləcək 5 heykəl düzəldib. Bunlar:

  1. Saqqalsız Peyğəmbər (1415)
  2. Saqqallı Peyğəmbər (1415)
  3. İsanın qurbanı (1421)
  4. Habakkuk (1423-1426)
  5. Yeremiah (1423-1426) heykəlləridir.

Onların hər birində klassik heykəl modeli və xarakterizə edilən ciddi portret detalları mövcuddur.

Paduedəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Donatello 1444-cü ildə Qattamelatanın bürüncdən tökmə heykəlini hazırlamaq üçün Padueyə çağırılır. Hazırda bu heykəl Müqəddəs Antoni kilsəsinin qarşısında dayanır. İtaliyada bir daha bu qədər mükəmməl, canlı, nəhəng heykəl hazırlanmayıb. Heykəltaraş 1456-cı ilədək Paduedə fəaliyyət göstərir. Şagirdlərinin köməyi ilə Müqəddəs Antoni kilsəsinin bəzədilməsi üçün daha bir neçə sənət işi hazırlayır. Onların içərisində ən çox diqqəti cəlb edən barelyeflər olub. Barelyeflərin mövzusu Paduenin müqəddəslərinin həyatından alınıb. 1457-ci ildə Donatello yenə Florensiyaya qayıdır. Burada Müqəddəs İohan Baptistin heykəli üzərində çalışır. O, Baptisti bir çox relyeflərdə müxtəlif yaş qruplarında təsvir edir. Barcello muzeyindəki İohanın mərmər heykəli digərlərindən xüsusilə fərqlənir. Donatello eyni bir əsərdə eneji, müqəddəslik görkəmi, gücü birləşdirə bilirdi.

Əsas sənət işləri

[redaktə | mənbəni redaktə et]
  1. Müqəddəs Mark (1411-1413)
  2. Müqəddəs Georgi və əjdaha (~ 1415-1417)
  3. Mariya Maqdalenanın bağışlanması (~1454)
  4. Peyğəmbər Habakuk (1423-1425)
  5. David (~1425-1430)
  6. Qattamelatanın tunc heykəli (1445-1450)
  7. Məryəmin müjdələnməsi (~1435)
  8. Herod bayramı (1425-1427)
  9. Müqəddəs Yəhya (1438)
  1. 1 2 3 RKDartists (nid.).
  2. KulturNav (ing.). 2016.
  3. 1 2 BeWeB.
  4. 1 2 Union List of Artist Names (ing.).
  5. 1 2 3 Avery C., McHam S. B. Donatello (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T023249