Diogen sindromu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Diogen sindromu
DiseasesDB 33544
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Diogen sindromunda olan bir şəxs

Diogen sindromu — məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır[1]. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir çünki Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil[2][3].

Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur[4].

Göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək.
  • Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları.
  • Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq[5].
  • Tibbi və sosial yardımı rədd etmək.
  • Mövcud yaşayış formasını normal qəbul etmək.

İki növü vardır:

  1. Əlavə əqli problemin olmadığı birinci növ;
  2. Əlavə əqli problemlər ilə müşahidə edilən ikinci növ.

Risk faktorları

[redaktə | mənbəni redaktə et]
  • Yaşlanma
  • Sevimli şəxsin vəfatı ilə gələn yalqızlıq
  • Özünə qapanma və sosial izolyasiya meylləri olanlar
  • Alkoqollu içkilər və narkotik maddələrə aludəçilik
  • Beynin qərar qəbul etmədən cavabdeh mərkəzi – frontal korteksin zədələnməsi.

Müalicə yanaşmaları

[redaktə | mənbəni redaktə et]

Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır[6][7][8] .

  1. Orrell, M; Sahakian, B. "Dementia of frontal type". Psychol Med. 21 (3). 1991: 553–6. doi:10.1017/S0033291700022170. PMID 1946843.
  2. Cybulska, E; Rucinski, J. "Gross Self-neglect in Old Age". Br J Hosp Med. 36 (1). 1986: 21–23. PMID 3535960.
  3. Rosenthal, M; Stelian, J; Wagner, J; Berkman, P. "Diogenes syndrome and hoarding in the elderly: case reports". The Israel Journal of Psychiatry and Related Sciences. 36 (1). 1999: 29–34. PMID 10389361.
  4. Macmillan, D; Shaw, P. "Senile breakdown in standards of personal and environmental cleanliness". BMJ. 2 (5521). 1966: 1032–7. doi:10.1136/bmj.2.5521.1032. PMC 1944569. PMID 5919035.
  5. Clark, AN; Mankikar, GD; Gray, I. "Diogenes syndrome A clinical study of gross neglect in old age". Lancet. 1 (7903). 1975: 366–368. doi:10.1016/S0140-6736(75)91280-5. PMID 46514.
  6. Cybulska, E. "Senile Squalor: Plyushkin's not Diogenes Syndrome". Psychiatric Bulletin. 22 (5). 1998: 319–320. doi:10.1192/pb.22.5.319.
  7. (01-28-2006) by Alicia M. Canto Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine, in: "Uso y abuso de Diógenes" Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine
  8. Marcos, M; Gomez-Pellin, MC. "A tale of a misnamed eponym: Diogenes syndrome". Int J Geriatr Psychiatry. 23 (9). 2008: 990–1. doi:10.1002/gps.2005. PMID 18752218.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]