Desi Trayan
Desi Trayan | |
---|---|
lat. Decius | |
| |
sentyabr 249 – iyun 251 | |
Sonrakı | Trebonian Qall |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 201[1][2][…] |
Vəfat tarixi | 1 iyul 251 |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[1][2][…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur.
Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Gaius Messius Quintus Trajanus, Emperor of Rome Decius // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Dècio // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Cooley, Alison E. The Cambridge Manual of Latin Epigraphy. Cambridge University Press. 2012. ISBN 978-0-521-84026-2.
- Potter, David S. The Roman Empire at Bay AD 180–395, Routledge, 2004. ISBN 0-415-10058-5
- Scarre, Chris, Chronicle of the Roman Emperors: the reign-by-reign record of the rulers of Imperial Rome, Thames & Hudson, 1995. ISBN 0-500-05077-5
- Southern, Pat. The Roman Empire from Severus to Constantine, Routledge, 2001. ISBN 0-415-23943-5
- Wolfram, Herwig. History of the Goths (transl. by Thomas J. Dunlap), University of California Press, 1988, ISBN 0-520-06983-8