Dermatologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – elm deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.[1]

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:

  • Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)
  • Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)
  1. "Arxivlənmiş surət". 2009-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]