Defekasiya
Defekasiya (lat. defecatio; Sinonimlər: "kafedra", "rektum boşaltma", "bağırsaq hərəkəti") - həzm olunmuş qidaların qatı və ya sulu tullantılarının bir şəkildə anusdan xaric edilməsidir. Həzm prosesinin ən son mərhələsidir.
İnsanlarda, defekasiya prossesi gündə bir neçə dəfədən həftədə bir neçə dəfəyə qədər dəyişkənlik göstərə bilər. Defekasiya daha sulu və tez-tez baş vərəsə ishal, daha qatı və gec baş verərsə qəbizlik adlanır. İshal və qəbizlik müxtəlif xəstəliklərin göstəricisi ola bilər. [1]
Defekasiya Aktı
Funksiyaların iradi tənzim mexanizmlərini əhatə edən (xüsusən də ön mərkəzi şırım nahiyəsində yerləşən baş beyin yarımkürələrinin piramid hüceyrələrini) defekasiyaya ehtiyac əsasında formalaşmış oyanma enən istiqamətdə, spial defekasiya mərkəzlərinə yayılır. Bunun əsasında alt müsariqə sinirinin tonusu aşagı düşür və parasimpatik çanaq sinirlərinin tonusu yüksəlir. Nəticədə düz bagırsaq daxili sfinkteri zəifləyir. Qasıq sinirlərinin təsiri ilə düz bağırsağın xarici sfinkteri boşalır və nəcis kütlələri yogun və düz bağırsağın peristaltik hərəkəti nəticəsində xaricə ifraz olunur. Eyni zamanda düz bağırsağın dairəvi əzələləri yıgılır, həmçinin yoğun bağırsağın distal hissəsinin qısalması baş verir. Defekasiya aktı qarın basması əzələlərinin yığılmasına, tənəffüsün ləngiməsinə, diafraqmanın çanaq əzələlərinin arxa keçid sfinkterini qaldıran əzlələrin gərginləşməsinə səbəb olur. Defekasiya zamanı yalnız düz bağırsağdan deyil, həmçinin fəal simpatik təsirlərin hesabına yoğun bağırsağdan da nəcis kütlələri xaric olur. Defekasiya prosesi qabıqaltı mərkəzlərə enən, qabıq təsirlərinin hesabına iradi şəkildə tənzim olunur. İnsanda defekasiya aktının iradi şəkildə tənzimlənməsi fərdi təlim nəticəsində formalaşır. Heyvanlarda isə defekasiya aktı və sidik ifrazı ilə əlaqədar olan spesifik davranış ritualları genetik olaraq nəsildən-nəsilə ötürülür. Spinal mərkəzlər defekasiyadan kənar vaxtlarda düz bagırasagın sfinkterlərini gərgin halda saxlayırlar. Defekasiyanın yuxarıda yerləşən, xüsusən limbik qabıq mərkəzləri defekasiyaya ehtiyacın formalaşması və onun iradi xarakterini müəyyən edir.
İradi olmayan defekasiya
Onurga beynin bel nahiyəsindən yuxarı kəsiyin aparılması defekasiyanın qeyri-iradi olmasına gətirib çıxarır. Spinal defekasiya mərkəzinin zədələnməsi zamanı isə düz bağırsağ sfinkterlərinin iflici baş verir. Anus açıq qalır ki, bu zaman nəcisin saxlanması qeyri-mümkun olur. İradi olmayan defekasiya və anal sfinkterlərin qeyri-iradi zəifləməsi, həmçinin yüksək emosional həyəcanlanma, məsələn qorxu zamanı da meydana çıxır. Defekasiyanı bir sıra hormonlar, məsələn, tireodin, pituitrin ifraz edir.
Defekasiyanın pozulması
Bir sıra toksiki maddələrin təsirindən tez-tez defekasiyaya ehtiyac duyulur, ishal halları baş verir. Bəzi xəstəliklər zamanı bir sıra pozğunluğlar nəticəsində defekasiya ya ehtiyc hissi təhrif olunur. Yəni aldadıcı ehtiyac hissləri- Tenezmlər baş verir. Psixoloji təsir xüsusən də uzun müddətli neqativ xarakterli emosional həyəcan defekasiya hissini zəiflədir ki, bu da düz bağırsağın boşalması (nəcis kütləsindən azad olması) prosesini poza bilir. Defekasiya ehtiyac duyulan zaman tez-tez tekrarlanan ləngimələr, daxili anal sfinkterin vegetativ tənziminin pozulmasına və qəbizliyə gətirib çıxarır. Ona görə də yaxşı olar ki, mütəmadi olaraq defekasiya hissi olan ki bagırsağın boşalması həyata keçirilsin.
Qidanın qəbulu defekasiya stimulu kimi
Çox vaxt qidanın mədəyə düşməsi defekasiyaya ehtiyac hissinin yaranmasına və düz bagırsagın yığılmasına səbəb olur. Bu hala uşaqlarda daha çox rast gəlinir. Bundan istifadə edərək uşaqlarda defekasiya istəyinin yaranası vaxtını və yerini tərbiyə etmək olar.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ÜST və YUNİSEF (2017) İçməli Su, Sanitariya və Gigiyena Tərəqqisinə: 2017 Yeniləşdirilməsi və SDG Baza İli. Cenevrə: Dünya Səhiyyə Təşkilatı (DST) və BMT-nin Uşaq Fondu (YUNİSEF-in), 2017". 2019-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ "Defekasiya Aktı PDF". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.