De Kerven tireoditi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
De Kerven tireoditi
XBT-10 E06.1
XBT-9 245.1
DiseasesDB 3474
MedlinePlus 000375

Yarımkəskin qranulomatoz tireodit — xəstəlik 1904-cü ildə de Kerven tərəfindən müəyyən edilmişdir. Bu xəstəliyin etiopatogenezində virus infeksiyalarına (Koksaki virusu, adenoviruslar, ECNO virusu, qrip virusu, endemik parotit virusu və b.) böyük yer ayrılır. Uzunmüddətli gizli dövr, endemik xarakter, fəsildən asılı (qış-payız) olaraq virus infeksiyasının yayılması bu patologiyanın virus etiologiyalı olmasını təsdiq edir. Gizli dövr bir neçə həftə çəkir. Xəstələri əzələ ağrıları, subfebril hərarət, ümumi zəiflik və laringit narahat edir. Klinik mərhələnin əsas simptomu qalxanabənzər vəzin bir payında olan ağrılardır.[1]

  1. A. H. Abbasov, A. F. Hümmətov, N. Y. Bayramov. Qalxanabənzər vəzin cərrahi xəstəlikləri (PDF). Bakı: Print-Təbib. 2012. 114. ISBN 978-9952-536-14-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]