Deşici ox əməliyyatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Deşici ox əməliyyatı
Tarix 5 avqust 1964
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Deşici ox əməliyyatı" əməliyyatı (ing. «Pierce Arrow») — Vyetnam müharibəsi zamanı, 1964-cü ilin avqustunda Şimali Vyetnama qarşı ABŞ-nin ilk hava əməliyyatı. Bu, Şimali Vyetnam torpedo katerlərinin Tonkin körfəzində Amerika gəmilərinə hücum etdiyi iddiasına cavab olaraq həyata keçirilmişdir.

Əməliyyat ABŞ Prezidenti Lindon Consonun şəxsi göstərişi əsasında həyata keçirilmişdir. Reyd 5 avqust 1964-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan ilə həyata keçirilmişdir.[1] Hədəflər Şimali Vyetnam katerlərinin işlədiyi bir neçə dəniz bazası, həmçinin Vində yerləşən neft anbarı idi. Neft anbarının dağıdılmasından sonra Şimali Vyetnam Hərbi Dəniz Qüvvələrinin katerlər üçün yanacaqla bağlı problem yaşayacağı güman edilirdi.

Amerika məlumatlarına görə, 64 döyüş 2 təyyarənin itirilməsi ilə tamamlanmışdır. Bir pilot öldürülmüş, digəri – Everett Alvares əsir düşmüşdü.[2][3] Basqının nəticələri Amerika komandanlığı tərəfindən uğurlu hesab edilmişdi. Vində mövcud olan neft ehtiyatlarının 90%-ə qədəri məhv edilmiş və bütün Şimali Vyetnam torpedo katerlərinin 2/3-i sıradan çıxmışdı.

  1. Robert Bruce Frankum, Like Rolling Thunder: The Air War in Vietnam, 1964-1975. Rowland & Littlefield, 2005), p. 15.
  2. Interview with Everett Alvarez, 1981
  3. Clodfelter, Micheal. Vietnam in Military Statistics: A History of the Indochina Wars, 1792-1991. McFarland & Company, Inc. 1995. ISBN 9780786400270.