Dalmatin
Naviqasiyaya keç
Axtarışa keç
Dalmatin — it cinsi.[1]
Təsviri
[redaktə | vikimətni redaktə et]Səciyyəvi ləkəli rəng də olması onu fərqləndirir: ağ fon üzərində qara, yaxud qəhvə rəngli aydın görünən ləkələr bərabər paylanmışdır. Tükü qısa, sıx və parlaqdır. Cidov hündürlüyü 54–61 sm, kütləsi 24–32 kq-dır. Mənşəyi, ehtimala görə, Aralıq dənizi bölgələrindəndir. Qədim Misir barelyefləri üzərində belə itlərin təsviri tapılmışdır. Orta əsrlərdə Dalmatin zadəgan saraylarının bəzəyi, atlıların, at ekipajlarının müşayiətçisi və atların mühafizəçisi olmuşdur. Cins rəsmi standart kimi 1890-cı ildə Böyük Britaniyada qəbul edilmişdir. Dalmatin harmonik qamətli, əzələli, aktiv itdir.
Istinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Dalmatin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 268.