Dənizaşırı departament
Naviqasiyaya keç
Axtarışa keç
Dənizaşırı departament (fr. Département d’outre-mer et région d’outre-mer) — Fransanın dənizaşırı ərazilərədə yerləşən torpaqları ifadə edən termin. Sözügedən ərazilər, əvvəllər Fransanın müstəmləkələri olub, II Dünya müharibəsindən sonra ölkənin departamentlərinə çevirilmişdir. Avropa qitəsində, Fransaya tabe olan Korsika adası dənizaşırı departament statusunda sayılmır.
Dənizaşırı departamentlər
[redaktə | mənbəni redaktə et]Departament | Bölgə nömrəsi | Gerb | Bayraq (DOM/ROM olarak) |
Nümayəndə |
---|---|---|---|---|
Qvadelupa | 971 | 1946-cı ildən, 4 millət vəkili, 2 senator | ||
Martinika | 972 | 1946-cı ildən, 4 millət vəkili, 2 senator | ||
Fransa Qvianası |
973 | 1947-ci ildən, 2 millət vəkili, 2 senator | ||
Reyunyon | 974 | 1946-cı ildən, 5 millət vəkili, 3 senator | ||
Mayotta | 976 | 2011-ci ildən, 1 millət vəkili, 2 senator |
Dənizaşırı departamentlər eyni zamanda Avropa Birliyinin bir parçası hesab olunur. Pul vahidləri avrodur. Buna baxmayaraq, dənizaşırı bölgələri şengen razılaşmasına daxil deyildir. Avropa Parlamentində üç millət vəkili ilə təmsil olunmaqdadırlar.