33°58′11″ şm. e. 35°36′56″ ş. u.HGYO

Cuniyə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şəhər
Cuniyə
ərəb. جونية
33°58′11″ şm. e. 35°36′56″ ş. u.HGYO
Ölkə  Livan
Tabesində Kisrəvan—Cübeyl
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 73 m
Əhalisi
Əhalisi 115,5 nəfər
Digər
jounieh.gov.lb
Xəritəni göstər/gizlə
Cuniyə xəritədə
Cuniyə
Cuniyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi.[1]

Əhalisi 102,2 min (2012).[1]

Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir.[1]

Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir.[1]

Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları). Sent-Espri-de-Kaslik Universiteti (1961; qeyri-dövlət) var. Çoxsaylı mağaralar (Ceyta kahası və s.).[1]

  1. 1 2 3 4 5 Cuniyə// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 405. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]