Con Kornfort

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Con Kornfort
ing. John Warcup 'Kappa' Cornforth
Doğum tarixi 7 sentyabr 1917(1917-09-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 dekabr 2013(2013-12-08)[1][2][…] (96 yaşında)
Vəfat yeri
Elm sahəsi üzvi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatıKimya üzrə Nobel mükafatı (1975)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Kornfort(ing. Sir John Warcup 'Kappa' Cornforth; 7 sentyabr 1917[1][2][…], Sidney[5]8 dekabr 2013[1][2][…], Brayton, Cənub-Şərqi İngiltərə[d]) — Avstraliya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1975).

Con Kornfort 1917-ci ilin sentyabrın 7-də Avstraliyada Sidney şəhərində anadan olmuşdur. Sidney və Oksford (1939-cu ildən) universitetlərində oxumuşdur. İkinci Dünya müharibəsi zamanı R. Robinsonun rəhbərliyi ilə penisillinin quruluşunu aydınlaşdırmaq üzrə İngilis-Amerika proqramında iştirak etmişdir. 1946–1962-ci illərdə tibbi tədqiqatlar üzrə şurada (Böyük Britaniya) işləmiş, 1962–1975-ci illərdə "Şell" firmasının kimyəvi enzimologiya laboratoriyasının direktoru, 1975-ci ildən Sussek Universitetinin professoru olmuşdur. Əsas elmi işləri stereokimya və bioüzvi kimyaya aiddir. 1951-ci ildə qeyri aromatik steroidin ilk total sintezini həyata keçirmişdir. Xoles terinin biosintezinin mexanizmini aydın laşdırmışdır. Bu işin gedişində "nişanlanmış sələf" üsulunun inkişafına fundamental xidmət göstərmişdir.

Con Kornfort 1959-cu ildə uyğun xlorhidrinlərdən sis və ya trans olefinlərin stereospesifik sintezini kəşf etmişdir. Bu sintezdə xlorhidrinlər epoksidlərə çevrilir, epoksid hidrogen yodid ilə parçalanır və alınan yodhidrinlər piridində fosforoksixlorid və qalay xloridin qarışığı ilə reduksiya olunur.

Kornfort ilk dəfə olaraq N-asetilneyramin turşusunu, o-oksazolu sintez etmişdir. 1975-ci ildə "Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə işlərinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Sir John Cornforth // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Sir J.W. (John) Cornforth jr. // KNAW Past Members (ing.).
  3. 1 2 http://sydney.edu.au/science/chemistry/about-us/nobel-laureate-sir-john-cornforth.shtml.
  4. 1 2 http://sydney.edu.au/science/chemistry/news-events/articles/2017/sir-john-cornforth-100-years.shtml.
  5. 1 2 Корнфорт Джон Уоркап // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.