Coko Vidodo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Coko Vidodo
Joko Widodo
Coko Vidodonun rəsmi portreti. 2019-cu il.
Coko Vidodonun rəsmi portreti. 2019-cu il.
20 oktyabr 2014 – 20 oktyabr 2024
ƏvvəlkiSusilo Bambanq Yudhoyono
SonrakıPrabovo Subianto
Şəxsi məlumatlar
Doğum adı Mulyono[4]
Doğum tarixi (63 yaş)
Doğum yeri İndoneziya Surakarta
Milliyyəti İndoneziya İndoneziya
Partiya İndoneziya Demokratik Mübarizə Partiyası
Fəaliyyəti siyasətçi, sahibkar, mühəndis
Həyat yoldaşı İriana Coko Vidodo (e.1986)
Uşaqları Qibran Rakabuminq Raka
Kahiyanq Ayu[2][3]
Kaesanq Panqarep
Dini İslam[1]

İmzanın şəkli
presidenri.go.id
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coko Vidodo (d.  21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir.[5]

Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur.[6] 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur.[7] Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.[8][9]

14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.[10] Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır. Ümumi Seçki Komissiyası tərəfindən açıqlanan seçki nəticələrinə əsasən, səslərin 53.1%-ni toplayan Coko Vidodo rəsmi şəkildə ölkənin 7-ci prezidenti elan olunmuşdur.[11][12]

Prezident kimi əsas fəaliyyət istiqaməti ölkənin infrastrukturunun inkişafına yönəlmişdir.[13] Yanacaq subsidiyalarının azaldılması və vergi amnistisiyası barədə qərar qəbul etmişdir.[14][15] Xarici dövlətlərlə əlaqələrdə onun başçılıq etdiyi hökumətin əsas məqsədi İndoneziyanın suverenliyini müdafiə etmək olmuşdur. O, prezidentliyi dövründə qeyri-qanuni balıq ovu ilə məşğul olan gəmilərin batırılması[16] və xarici tənqidlərə baxmayaraq, narkotik qaçaqmalçıları üçün ölüm cəzası təyin etmişdir.[17]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

The Economist jurnalının verdiyi məlumata görə, Cokovi "yüksək səsli rok musiqilərini" dinləməyi sevir və onun amerikan Metallica qrupunun üzvü Robert Truxilo tərəfindən imzalanmış gitarası var.[18]

O, 2 noyabr 2013-cü ildə hələ Cakarta şəhərinin qubernatoru olarkən rok musiqisi festivalında görünmüşdür. Bu, ilk belə hadisə deyildi. Belə ki, Cokovi ilk dəfə 2011-ci ildə təşkil olunmuş musiqi festivalında da görüntülənmişdi.[19]

O, bir çox xüsusiyyətlərinə görə tez-tez keçmiş ABŞ prezidenti Barak Obama ilə müqayisə olunur.[20]

Cokovi aktiv sosial media istifadəçisi olaraq tanınır və tez-tez özünün YouTube hesabına videolar yükləyir. Onun Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla naharı zamanı paylaşdığı video iki milyondan çox şəxs tərəfindən izlənmişdir.[1]

  1. 1 2 "Indonesian politics are becoming less predictable". The Economist. 5 oktyabr 2017. 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. ""Wedding of Joko Widodo's daughter attended by 'Who's Who' of Indonesia"". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. ""Jokowi's daughter's wedding procession starts Monday"". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. https://nasional.tempo.co/read/1155235/jokowi-terlahir-dengan-nama-mulyono.
  5. Cochrane, Joe. "A Child of the Slum Rises as President of Indonesia". The New York Times. 22 iyul 2014. 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Tempo.Co. "Asal Mula Basuki Tjahaja Dipanggil Ahok | balaikota | tempo.co". Tempo News. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Editorial: Jokowi's real battle". The Jakarta Post. 22 sentyabr 2012. 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. Banyan. "No ordinary Jokowi". The Economist. 21 yanvar 2014. 2014-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Indonesia's rock governor". www.aljazeera.com. Al Jazeera. 4 aprel 2014. 2018-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. Governor of Jakarta Receives His Party’s Nod for President Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine. The New York Times, 14 mart 2014.
  11. Thatcher, Jonathan; Kapoor, Kanupriya. "Indonesian president-elect Jokowi calls for unity after bitter election". Reuters. 23 July 2014. 14 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. "Jakarta governor Widodo wins Indonesian presidential election". Indonesia News.Net. 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  13. Sambhi, Natalie. "Jokowi's 'Global Maritime Axis': Smooth Sailing or Rocky Seas Ahead?" (PDF). Security Challenges. 11 (2). 2015. 2017-10-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  14. Bisara, Dion; Azhari, Muhammad Al. "Jokowi Eyes Infrastructure Focus With Fuel Subsidy Cut". Jakarta Globe. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters)
  15. "Indonesia tax amnesty nets $330 bln - now for reform". CNBC. 21 mart 2017. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  16. Chan, Francis. "Indonesia blows up and sinks another 81 fishing boats for poaching". Straits Times. 2 aprel 2017. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  17. Halim, Haeril. "Jokowi orders police to gun down foreign drug traffickers". The Jakarta Post. 22 iyul 2017. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  18. Banyan: Mr Joko goes to Jakarta' Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine. The Economist. 8 iyun 2013.
  19. Jokowi Nonton Konser Rock hingga ke Solo Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine. regional.kompas.com. 3 noyabr 2013
  20. Kwok, Yenni. "'Indonesia's Obama' Is Actually Nothing of the Sort". time.com. 20 may 2014. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]