Co Erridi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Co Erridi
Doğum tarixi 15 aprel 1915(1915-04-15)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1939(1939-01-06) (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma
Dəfn yeri
Vətəndaşlığı

Co Erridi (ing. Joe Arridy; 15 aprel 1915, Pueblo[d], Kolorado6 yanvar 1939, Kanyon-Siti[d], Kolorado) — 1936-cı ildə Koloradoda 15 yaşlı Doroti Draynı zorlamaq və qətlə yetirməkdə ittiham olunan və haqsız yerə edam edilən amerikalı.

Co əqli cəhətdən qüsurlu olduğu üçün polis tərəfindən saxta etiraflar etmək üçün manipulyasiya edilib. 1939-cu il yanvarın 6-da 23 yaşında edam olunub. Həmin vaxtdan bəri bir çox insan Erridinin günahsız olduğunu iddia edir. Co Erridy-nin Dostları (ing. Friends of Joe Arridy) kimi tanınan bir qrup yaradıldı və 2007-ci ildə onun məzarı üçün məzar daşın hazırlandı. Onlar həmçinin Erridinin adının təmizlənməsi məqsədilə əfv edilməsi üçün ərizə hazırlamasını dəstəklədilər. Erridinin edamından iki il əvvəl eyni cinayətə görə başqa bir adam, Frank Aguilar edam edilmişdi. 2011-ci ildə Erridi, Kolorado qubernatoru Bill Ritter tərəfindən (ölümündən 72 il sonra) ölümündən sonra tam və qeyd-şərtsiz əfv edildi. Bu, Koloradoda qubernatorun edamdan sonra məhkumu əfv etdiyi ilk hal idi.[1][2][3][4]

1936-cı il avqustun 26-na keçən gecə Erridi Şayenn şəhərində dəmiryollarında gəzərkən iki dəmiryol detektivi tərəfindən avaralığa görə həbs edildi. O, həbsxanaya gətirildi və burada Larami dairəsinin şerifi Corc Kerroll tərəfindən sorğu-sual edildi. Kerroll Drayn qətli ilə bağlı axtarışından xəbərdar idi. Kerroll onu Drayn işi ilə bağlı sorğu-sual etməyə başladı. Kerroll, Arridinin ona etiraf etdiyini söylədi. Yerli mətbuata zəng etməzdən əvvəl Pueblo polisinin rəisi Artur Qredi ilə əlaqə saxladı və o, ertəsi gün səhər 27 avqustda Erridinin Drayn hücumlarında yeganə günahkar olduğunu bildirildi.[5][6]

Araşdırma 8 fevral 1937-ci ildə yekunlaşdıqdan sonra, Erridinin vəkili müvəkkili üçün ölüm hökmündən qurtulmaq üçün dəli olduğunu iddia etdi. Şerif Corc Kerroll məhkəmədə səkkiz dəfə ifadə verdi və Arridinin əqli cəhətdən sağlam olduğunu iddia edirdi. Hakim Erridinin üç əyalət psixiatrı tərəfindən o zaman tibbi termin olan "embesil" kimi təsnif edilərək psixi cəhətdən məhdud olduğunu etiraf etsə də anlaqlı vəziyyətdə olduğuna qərar verdi. Psixiatların qənaətinə görə o 46 İQ sahib idi və zehni isə altı yaşında idi. Onlar qeyd etdilər ki, o, "doğru ilə yanlışı ayırd edə bilmir və buna görə də cinayət niyyəti ilə hər hansı bir hərəkət edə bilməz". Erridinin əqli inkişafını nümayiş etdirmək üçün Erridinin vəkili prokurora işdən tutmuş ümumi məişət biliklərinə qədər bir neçə sual verməyə icazə verdi. Erridi Franklin Ruzveltin və ya Corc Vaşinqtonun kim olduğunu bilmirdi, heç vaxt balta görmədiyini və onun necə göründüyünü də bilmədiyini, nikel və qəpik arasındakı fərqi ayırd edə bilmədiyi söylədi.[1][2][6][7]

Aprelin 17-də Erridi yalan etiraf verməyinə görə qətldə ittiham olundu. O vaxtdan bəri aparılan araşdırmalar göstərdi ki, zehni imkanları məhdud olan şəxslər sorğu-sual zamanı məcburiyyətə daha çox həssasdırlar. Ona qarşı yeganə fiziki sübut Erridinin saçına uyğunlaşdığı güman edilən bir saç teli idi.[2]

6 yanvar 1939-cu ildə qaz kamerasında edam olundu.[8]

  1. 1 2 Inc, 5280 Publishing. "Crime: Begging Joe's Pardon". 5280 (ingilis). 2010-08-28. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  2. 1 2 3 "Arridy by Rob Warden". web.archive.org. 2012-07-31. 2012-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  3. "Colorado governor pardons man executed for murder in 1939". 2023-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  4. "Governor pardons Joe Arridy - The Pueblo Chieftain: News Web Site". web.archive.org. 2011-01-10. Archived from the original on 2011-01-10. İstifadə tarixi: 2024-09-26.
  5. "Chronology | Friends of Joe Arridy" (ingilis). 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  6. 1 2 "'Sorry, Joe' | Temporary News | csindy.com". web.archive.org. 2024-03-31. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  7. "The Daily Sentinel from Grand Junction, Colorado". Newspapers.com (ingilis). 1937-04-17. İstifadə tarixi: 2024-09-26.
  8. "Arridy Dies at Prison". The Daily Sentinel. January 7, 1939.