Bulanje
Bulanje | |
---|---|
fr. Georges Ernest Boulanger fr. Georges Boulanger | |
Doğum tarixi | 29 aprel 1837[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 1891[1][2][…] (54 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Ceorci Ernest Bulanje (29 aprel 1837[1][2][…], Ren[3] – 30 sentyabr 1891[1][2][…]) — XIX əsrdə Fransada siması parlayan şəxsiyyətlərdən biri, bulanjizm hərəkatın banisi
Fransada Bulanjist hərəkatı
[redaktə | mənbəni redaktə et]1873-1875-1877-1886-cı illərdə ən müxtəlif səbəblərdən ötrü Almaniya və Fransa dövlətləri müharibə həddinə belə gəlib çatmışdılar. Bismark mətbuatdan çox məharətlə istifadə edərək ən müxtəli yollarla Fransada həyəcanın baş qaldırmasına nail ola bilirdi. Bu vəziyyət isə bir növ Fransanın təhqir edilməsi demək idi və Fransa cəmiyyətinin bir sıra üzvləri hökumətin davranışları ilə razı deyildilər. Belə insanlardan biri də general Bulanje idi.
Bulanje gənc yaşlarından hərbçi idi və Afrikada, Hind-Çində, İtaliyada 1859–1870-1871-ci illərdə hərbi əməliyyatlarda iştirak etmişdi. 1871-ci ildə 12 minlik bir qüvvəyə rəhbərlik etməsinə baxmayaraq öz ordusunun almanlar tərəfindən mühasirəyə alınmasına və tərksilah olunmasına imkan yaratmamışdı. Bir sözlə Bulanje Fransada kifayət qədər tanınmış bir sima idi və onun hökumətə qarşı olan çıxışları da ona şöhrət qazandırıdı. O, dövlət xadimlərini Fransa xalqının maraqlarına hörmətlə yanaşmamaqda ittiham edirdi. Bulanje bir müddət hökumətdə hərbi nazir postunu da tutmuş və bu zaman ordunun yenidən silahlandırılması, maddi, texniki təminatın yaxşılaşdırıması ilə yaxından məşğul olmuşdu. Orduda yeni islahatlar keçirən, aşağı rütbəli zabitlərin sosial qayğıları ilə maraqlanan və nüfuzu gündən-günə daha da artan Bulanje hərbi xadimdən daha çox siyasi xadimə çevrilir və bununla da tezliklə monarxistlərin diqqətini özünə cəlb edir.
Monarxistlər onun xalqı arxasıyca apara biləcək nüfuzunun olmasını nəzərə alıb belə düşünürdülər ki, Bulanje Fransada respublika quruluşunu devirib yenidən monarxiya quruluşunu bərəqərar edəcək bir şəxsdir. Bununla da monarxistlər onun bütün Fransa ərazisində tanınması istiqamətində hərəkata keçdilər. Bulanjenin braşuraları, elanları, portretləri Fransanın hər yerinə yayılmışdı. Hətta radikalların bəzi hissələri də onunla yaxınlaşmağa başladılar. Çünki artıq Bulanjenın arxasında çox böyük xalq kütlələri dayanmışdı, Bulanje ümumfransa miqyasında çox güclü bir siyasi qüvvəyə malik siyasi xadimə çevrilmişdi. Bulanjenin bu nüfuzu sözsüz ki, respublikaçıları narahat etməyə bilməzdi.
Beləliklə hökumət onu Parisdən uzaq bir yerə korpus komandanı təyin etdi, daha sonra 1888-ci ildə isə Bulanje ümumiyyətlə ordudan uzaqlaşdırıldı. Lakin buna baxmayaraq Bulanje 1888-ci il seçkilərində 24 departamentdən deputat seçildi. Bu isə artıq onun ümumfransa miqyasında siyasi bir lider olmasını sübuta yetirirdi.
1889-cu ildə Daxili İşlər Naziri Bulanjenin həbs olunması və Ali məhkəmə qarşısında mühakimə olunmasının mümkünlüyü ilə bağlı bir şayə yaydı.bulanje isə mövcud vəziyyətdə Fransanı tərk etmək qərarına gəlir. 1889-cu ilin mart ayının 14-də Bulanjedən bir xəbər yox idi. Lakin Belçikaya getmək istəyərkən tərəfdarları onu vağzalda tanıdılar. Aprel ayının 1-də isə Bulanje gizli şəkildə Fransanı tərk etdi. Onun budəfəki istiqaməti Brüsselə idi. 1891-ci ildə isə intihar etmişdir.
Marksist tarixçilər Boulangist hərəkatını bir proto-faşist sağçı hərəkat kimi qiymətləndirdilər. Digər tərəfdən, son dövrlərdə bir sıra alimlər bulanjeizmi faşizmin öndərliyi kimi təqdim etdilər. Lakin Fransa hüququ köhnə aristokrata əsaslanırdı, amma bu yeni hərəkət, sinif bazarı deyil, milli səviyyədə olan kütləvi duyğuya əsaslanırdı. Nére'n Jacques in dediyi kimi, "Boulangism Solun parçalanmış qüvvələrinin birləşməsi kimi daha yaxşı başa düşülür".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Georges, Ernest, Jean-Marie Boulanger // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118659499 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |