Bretan yarımadası
Bretan yarımadası | |
---|---|
Yerləşməsi | |
48°12′ şm. e. 02°59′ q. u.HGYO | |
Akvatoriya | Biskay körfəzi |
Ölkə | Fransa |
|
Bretan yarımadası[1] (fr. Bretagne, bret. Breizh, qallo Bertaèyn) — Fransanın şimal-qərbində, şimaldan La-Manş boğazı, cənubdan Atlantik okeanın Biskay körfəzi suları ilkə yuyulan tarımada. Yarımada tarixi bölgənin və eyni adlı bölgənin əsas hissəsidir. Yarımadanın kiçik bir əraziləri Luara və Aşağı Normandiya bölgələrinə aiddir.
Sahəsi təxminən 27 min km²-dir. Uzunluğu 200 km, eni 120 km-ə qədərdir. Bretan yarımadasında Fransanın materik hissəsinin ən qərb nöqtəsi yerləşir (Korsen burnu).
Bretan yarımadasının əhəmiyyətli hissəsini Armorikan yaylası təşkil edir. ən yüksək nöqtəsi 391 m-dir (Arre dağı). Bu massiv əsasən təbiət baxımından düzdür, dəniz səviyyəsindən orta hündürlüyü 104 metri keçmir. Yarımadanın sahili alçaq, qayalıq və körfəzlərlə əhatələnmişdir. Sahili boyunca dayaz adacıkları var.
Burada enliyarpaqlı meşələrə də rastlanılır (palıd, vələs, fıstıq). Antropogen landşaft çoxsaylı təsərrüfatlar və kiçik kəndlər ilə xarakterizə olunur.
Yarımadanın iqlimi mülayim okeandır. Burada okeanın təsiri sayəsində nisbətən mülayim qışlar (Sen-Briyoda ildə 27 şaxtalı gün olur) və sərin yay olur. Yaz martın əvvəlindən başlayır, lakin istiləşmə yavaş baş verdiyindən çox uzun sürür. 1000 mm-dən çox olduğu yüksəkliklər istisna olmaqla, yağıntılar çox deyil. Yağıntılar əsasən əsasən soyuq mövsümdə düşür. Sahillərində şiddətli olan küləklər yarımadanın içərisində sürətlə yumşalır.
Yarımadada çox dərin, lakin qısa çaylar vardır (ən böyüyü Vilendir). Rans çayının mənsəbində dünyanın ən böyük qabarma və çəkilmə stansiyalarından biri olan La Rans təşkil edilmişdir.
Yarımadada südçülük, atçılıq, quşçuluq və balıqçılıq inkişaf etmişdir. Məhsullar arasında dənli bitkilər, kətan, qarabaşaq yarması, kartof, alma vardır.
Yarımadadakı ən böyük şəhər, liman və hərbi dəniz bazası Brestdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bretan yarımadası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 556. ISBN 978-9952-441-03-1.