Bozcaada
Bozcaada | |
---|---|
türk. Bozcaada | |
Ümumi məlumatlar | |
Sahəsi | 37,6 km² |
Hündür nöqtəsi | 192 m |
Əhalisi | 2.354 nəfər (2010-cu il) |
Yerləşməsi | |
39°49′ şm. e. 26°03′ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bozcaada (türk. Bozcaada), həm də Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqqala ilinin Bozca ada rayonuna daxildir (Türkiyə).
Adı
[redaktə | mənbəni redaktə et]Adındanda göründüyü kimi çağdaş türk dilində "boz ada" (türk. bozca — boz, torpaq rəngi, ada) mənasını verir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi 37,6 km² təşkil edir. Bu sahəsinə görə Türkiyənin Gökçeada və Mərmərə adasıından sonra üçüncü böyük adasıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada Anadolu yarımadasından 5 km aralıda yerləşir. Qədim antik dövrdə adada ilk yunan koloniyaları salınmışdır. Antik dövrdə adanın coğrafi mövqeyi ilə əlaqədar olduqca zəngin tarixi yaranmışdır. B. e. ə 86-cı ildə ada yaxınlığında Roma imperiyası ilə Bosfor çarı VI Mitridad arasında döyüş olmuşdur. Bununla belə yunan əhalisi adanı 1204-cü ilə qədər nəzarətdə saxlamışdırlar. Bu zaman adanı Venesiya Respublikası işğal edərək, burada qala inşa etdirir. Bununla da onlar Qaradəniz boğazlarına nəzarəti əllərinə keçirmiş olurlar.
Bozcaadadan 10 km şimalda Dardanel boğazının çıxacağında böyük önəm daşıyan Dovşan adaları yerləşir bu adaların ələ keçirilməsi uğrunda Venesiya və Genuya, üstəlik Bizans mübarizə aparmışdır. Burada yerli yunanlar provaslav məzhəbinə etiqat etdiyindən gəlmə katoliklərə mübasibət heçdə yaxşı deyildi.
Öz aralarında adanın kimə mənsubluğunu müəyyənləşdirə bilməyən tərəflər roma papasına müraciət etmişdir. VI Urban adanın dərhal neytallaşmasını tələb edərək 4 minlik yunan əhalisini Krit və Evbeya adalarına köçürülməsini tələb edir. Sonradan 1470-ci ildə adanı Osmanlı imperiyası ələ keçirir. Bura yenidən yunan və türk əhalisi köçür.
Osmanlı imperiyasının zəyifləməsi ilə ada uğrunda mübarizə yenidən başlamışdır. 10 mart 1807-ci ildə adanı ruslaş işğal edərək buradan Dardaneli mühasirədə saxlayırdılar 1822 ilin oktyabrında Yunanıstanın azadlığı uğrunda başlanan müharibə əsnasında yunanlar ada yaxınlığında Osmanlı donanmasına hücum edərək türk vitse admiralının gəmisini batırırlar.
Birinci Balkan müharibəsi zamanı (1912–1913) ada yunan desantı tərəfindən ələ keçirilmişdir. 1918–1923 illərdə iri Gökcəada) silahsız bölgə elan edilir. Kamalçıların qələbəsi Lozanna müqaviləsinin imzalanması ilə bitir. Boğazlar və ətrarafında olan ərazilər, yunanlara yerli hakimiyyət orqanlarını yaratmaqla Türkiyəyə verilir. Burada yaşayan yunan əhalisi 1970-ci illərdə Yunanıstan, ABŞ və Avropa ölkələrinə köçmüşlər.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Adada 2354 nəfər[1] (2010) yaşayır. Onlardan cəmi 30 nəfəri yunan digərləri isə türkdür[2].
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Əvvəllər ada özünün içkiləri ilə məşhur olmuşdur[3]. 2000-ci ildən adada Külək Elektrik turbinləri quraşdırılmışdır. Hazırda isə adanın əsas gəlir mənbəyi turizm və dayvinqdir.
Görüntülər
[redaktə | mənbəni redaktə et]-
Bozcaadada bir küçə
-
Külək turbinləri
-
Çimərlik və külək turbinləri birlikdə
-
Bozcaadanın evləri
-
Bozcaadanın küçələri
-
Bozcaada qalası
-
Bozcaadanın əl işlərindən olan saxsı qablar
-
Bozcaada da bir yeməkxana
Mənbə
[redaktə | mənbəni redaktə et]- Σύλλογος Τενεδίων "ο Τέννης" Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ TÜRKİYE İSTATİSTİK KURUMU Arxivləşdirilib 2013-04-12 at the Wayback Machine, (türk.)
- ↑ Les îles d’Imbros et de Tenedos Arxivləşdirilib 2006-01-17 at the Wayback Machine (fr.)
- ↑ Madd River Designs. "Tenedos - Bozcaada - Grape & Wine". Tenedos-ege.com. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06. (ing.)