Boeing B-17 Flying Fortress
Boeing B-17 Flying Fortress | |
---|---|
Tipi | Yüksək hündürlüklərdə uçan ağır bombardmançı təyyarə (6 və ya 10 heyət üzvü ilə) |
Hazırlayan | Boeing |
İstehsalçı | Boeing |
Dizayner |
Edward C. Wells, E. Gifford Emery |
İlk uçuş | 28 iyul 1935[1] |
İstismara verilmə tarixi | aprel 1938 |
İstimarının bitmə tarixi | 1968 (Braziliya) |
Status | Xidmətdən kənar |
İstismarçılar | |
İstehsal ili | 1936–1945 |
Buraxılış sayı | 12,731[2] |
Vahidinin qiyməti | 238,329 ABD $[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Boeing B-17 Flying Fortress (“Uçan Qala”), ABŞ Ordusu Hava Korpusu (US Army Air Corps - USAAC) üçün İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etdirilmiş dörd mühərrikli ağır bombardmançı təyyarəsidir.
B-17-nin əsas vəzifəsi Almaniyanın sənaye və mülki hədəflərinə qarşı strateji gündüz nöqtə bombardmanı idi. Normandiya əməliyyatından əvvəl Əməliyyat nöqtəsində (Operation Pointblank) ABŞ-nin İngiltərədəki 8-ci Hava filosu və mərkəzi İtaliyada yerləşən 15-ci Hava Donanması, RAF Bombardman Komandanlığının gecə bombardmanında bir əlavə olaraq xidmət etmişdir. Bundan əlavə, B-17-lər aşağı səviyyədə də olsa Sakit okeandakı döyüşlərdə də istifadə edilmişdirlər. B-17-lər hər küncündə və yuxarı və aşağı qüllələrində olan 50 kalibrlik pulemyotları sayəsində Flying Fortress (“Uçan Qala”) adlandırılmışdırlar.
USAAC B-17-ni müharibədən əvvəlki dizaynına uyğun olaraq strateji bir silah olaraq istifadə etdi: yüksəkdən uçan, uzun mənzilli, yüksək bombardmançı, lakin vurulması asan olmayan bir təyyarə. Müharibə zamanı aldığı ağır xəsarətlərinə baxmayaraq, bazasına geriyə qayıda bilməsi və gövdə enişləri qabiliyyəti ilə B-17-ni bir ikona çevirmişdi[4][5][6]. B-24 Liberator ilə müqayisədə daha aşağı mənzilinə və bomba daşıma qabiliyyətinə baxmayaraq, tədqiqatlar pilotların B-17-dən daha çox məmnun olduqlarını göstərmişdi [7] . B-17 İkinci Dünya Müharibəsi illərində ABŞ-nin digər təyyarələrindən daha çox bomba daşıyırdı. Məsələn, Almaniyaya atılan 1,5 milyon ton bombanın 500 min tonu B-17 ilə atılmışdır.
Boeing B-17 ABŞ-nin müharibədə iştirak etdiyi bütün cəbhələrdə ən çox missiyaya sahib olmuş müttəfiq gündüz bombardmançısıdır. B-17 təyyarəsinin müvəffəqiyyəti, özünəməxsus ağır müdafiə avadanlığı və yüksək hündürlüykdə uçma qabiliyyətində gizlənmişdir.
Prototip 229, Boeing Aircraft Companynin 1934-cü ildə hazırladığı spesifikasiyaya uyğun olaraq tərtib edilmiş və ilk uçuşunu 28 iyul 1935-ci ildə etmişdir. 1937-ci ilin yanvarında 13 ədəd YB-17 (B-17 A) modelinin sınaqlarına başlanıldı. İlk istehsal modeli olan B-17 B modelinin 1939-cu ilin iyununda istehsalına başlandı və 39 ədəd istehsal edildi. B-17 C daha ağır silahlarla təchiz edilmişdi. Xidmətə girən təkmilləşdirilmiş B-17 D-lərin əksəriyyəti 7 dekabr 1941-ci ildə Yaponiyanın Pearl Harbor hücumu və Filippin hava limanlarına hücum zamanı itirildi. Salamat qalanlardan ABŞ-nin 10 dekabr 1941-ci ildə yapon gəmilərinə etdiyi ilk hücumu zamanı istifadə edildi. ABŞ-nin 8-ci Hərbi Hava Qüvvələrinin əsas silahı olan və 512 ədəd istehsal edən B-17 E, 17 avqust 1942-ci ildə Avropada gündüz bombardmanlarına başladı və bu vəzifəni 1945-ci ilə qədər davam etdirdi. Tezliklə “E” növü 3.405 ədəd istehsal edilən “F” tipi ilə əvəz olundu.
1942-ci ilin sonlarında Boeing B-17 G Flying Fortress meydana çıxdı. İki ədəd 0,5 düymlük (12.7 mm) pulemyot quraşdırılmış ön qüllə ilə təchiz edilmiş və düşmən hücumlarından daha yaxşı qorunmaq üçün gövdə ortasında yenidən düzəldilmiş silah mövqeləri ilə təchiz olunmuş B-17 G, Fortressin ən son modelidir. Bundan əlavə, son istehsal olunmuş “G” modellərində quyruq qülləsinin yerləşdirilməsində bir yeniləmə edilmişdi.
C-108, B-17-nin yük təyyarəsi variantıdır. 1945-ci ilin aprel ayında istehsalı dayandırıldıqda, 8,680 B-17 G istehsal edilmişdi, bunların 85-i Kral Hərbi Hava Qüvvələrinə (RAF) təhvil verilmişdi. Vega Aviasiya Korporasiyasının (Vega Aircraft Corporation) (Burbank) və Douglas Aircraft Company (Tulsa) istehsalı da daxil olmaqla, bütün növlərdə cəmi 12 min 731 təyyarə istehsal edilmişdir.
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- İstehsalçı: The Boeing Company, Seattle
- Növ: Yüksək hündürlüklərdə uçan ağır bombardmançı təyyarə (6 və ya 10 heyət üzvü ilə)
- Mühərrik: 4 x Wright R-1820-97 Cyclone (1,555 hp gücündə 9 silindrli hava soyutmalı radial motor) General Electric Type B-22 super turbo batareya təchizatlı
- Qanad uzunluğu: 31.60 m (103 ft 9½ in)
- Uzunluq: 22.65 m (74 ft 4 in)
- Hündürlük: 5.80 m (19 ft 1 in)
- Qanad sahəsi: 132 m² (1,420 ft²)
- Maksimum sürət: 483 km/h ~ 300 mph (9,144 m ~ 30,000 ft hündürlükdə)
- Mənzil: 3,218 km (2,000 mil)
- Xidmət tavanı: 10,670 m (35,000 ft)
- Dırmaşma sürəti: 239 m/dəq (784 ft/dəq)
- Boş çəkisi: 14,842 kg (32,720 lb)
- Maksimum çəkisi: 27,216 kg (60,000 lb)
- Yanacaq tutumu: 16,502 lt (3,630 gallon)
Silahları
[redaktə | mənbəni redaktə et]- 12 ~ 13 x 12.7 mm (0.5 in) Browning 6,380 mərmi tutumlu pulemyot
- Normal bomba yükü: 2,722 kq (6,000 lb)
- Maksimum bomba yükü: 3,629 kq (8,000 lb)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Boeing Logbook: 1933 – 1938". 2006-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ Yenne, Bill. B-17 at War. St Paul, Minnesota: Zenith Imprint, 2006.ISBN 0-7603-2522-7. p. 8.
- ↑ Bowers, Peter M. "Fortress in the Sky", Sentry Books Inc., 1976, Granada Hills, California, isbn =0-913194-04-2
- ↑ "B-17 Pilot Training Manual; Headquarters, AAF, Office of Flying Safety, The Story of the B-17". 2007-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ "The Rugged Fortress: Life-Saving B-17 Remembered". 1 mart 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2007.
- ↑ "B-17 Flying Fortress". 2004-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ "B-17 Flying Fortress:Queen of the Skies". 2006-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.