Birinci Portuqaliya Respublikası
Metropoliya | |||||
Birinci Portuqaliya Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Lissabon | ||||
Dilləri | portuqal dili | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Portuqaliya Respublikası (port. Primeira República Portuguesa) — Portuqaliya tarixində 1910-cu ildə baş veren inqilab ilə 1926-cı il dövlət çevrilişi arasındakı 16 illik dövr[1]. Portuqaliyanın 1908-ci ildəki regisidi və respublikaçıların ölkə hökumətindəki artan rolu, anti-katolik, anti-monarxist, liberal yönümlü duyğuların artmasına səbəb oldu. Əsrlər boyu davam edən Portuqaliya krallığının mühafizəkar təməllərinin çökməsi çox sürətlə baş verdi. Cümhuriyyətin mövcudluğunun ilk iki ilində bir çox demokratik islahatlar aparıldı: ümumtəhsil məktəbi sisteminin genişləndirilməsinə başlandı, 1911-ci ildə Portuqaliyalı işçilər tətil hüququ aldılar və vergi islahatı da həyata keçirildi. İlk respublika parlamenti 1911-ci ilin mayında seçildi[2].
İlk respublika dövründə ölkədə həddindən artıq qeyri-sabitlik yaşandı — 1910-1926-cı illərdə 44 hökumət dəyişdirildi, 24 qiyam, 158 ümumi tətil, narazı hərbi personalın iştirakı ilə 17 dövlət çevrilişi cəhdləri oldu. 1921-ci ildə, Qanlı Gecə deyilən zaman, putşistlər tərəfindən istefa etmək məcburiyyətində qalan Baş nazir Antonio Qranju və bir sıra digər siyasətçilər öldürüldü. Cümhuriyyətin səkkiz prezidentindən yalnız biri bütün müddətə xidmət etdi[3]. 18-ci çevriliş cəhdi Portuqaliya ordusunun hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. 1926-1933-cü illərdəki İkinci Portuqaliya Respublikası belə quruldu və yeni bir konstitusiya qəbul edildikdən sonra Yeni Dövlət (1933-1976) adlanan sözdə Salazar diktatorluğuna çevrildi[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Payne, A history of Spain and Portugal (1973) 2: 559
- ↑ Maier, Hans. Totalitarianism and Political Religions. trans. Jodi Bruhn. Routledge. 2004. səh. 106. ISBN 0-7146-8529-1. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ IAMDUDUM: ON THE LAW OF SEPARATION IN PORTUGAL Arxivləşdirilib 2019-04-05 at the Wayback Machine Papal Encyclicals Online
- ↑ José Miguel Sardica. The Memory of the Portuguese First Republic throughout the Twentieth Century. (2011).
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Leal, Ernesto Castro. "Parties and political identity: the construction of the party system of the Portuguese Republic (1910–1926)." E-journal of Portuguese History 7#1 (2009): 37–44. Online[daimi ölü keçid]
- Meneses, Filipe Ribeiro De. Afonso Costa (London: Haus Publishing, 2010); 227 pp. excerpt
- Sardica, José Miguel. "The Memory of the Portuguese First Republic throughout the Twentieth Century," E-Journal of Portuguese History (Summer 2011) 9#1: 1–27. online
- Wheeler, Douglas L. "The Portuguese revolution of 1910." Journal of Modern History (1972): 172–194. in JSTOR
- Wheeler, Douglas L. Republican Portugal: a political history, 1910–1926 (U of Wisconsin Press, 1999)