40°28′33″ şm. e. 49°49′20″ ş. u.HGYO

Binəqədi rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Binəqədi rayonu haqqındadır. Binəqədi qəsəbəsi üçün Binəqədi səhifəsinə baxın.
Binəqədi rayonu
Gerb
Gerb
40°28′33″ şm. e. 49°49′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 28 aprel 1920[1]
Əvvəlki adı Kirov rayonu
Sahəsi
  • 149,69 km²
Mərkəzin hündürlüyü 44 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 268.400 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Digər
binegedi-ih.gov.az
Binəqədi rayonu xəritədə
Binəqədi rayonu
Binəqədi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binəqədi rayonu (əvvəlki adı: Kirov rayonu) — Bakıda rayon. Mərkəzi Binəqədi şəhər tipli qəsəbəsidir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Kirov rayonu Binəqədi rayonu adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir.[3]

Binəqədi rayonu 28 aprel 1920-ci il tarixində Kirov rayonu adı ilə yaradılmışdır.[4] 29 aprel 1992-ci ildən Binəqədi rayonu adlandırılmışdır. Rayonun ərazisində yerləşən Kənd Binəqədinin təməli rayon ağsaqqalı Şahmurad Babayev tərəfindən qoyulub.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir.

Rayonda 1957-ci ildə yaradılmış, 450 yerlik N.Nemətov adına Biləcəri Dəmiryolçuların Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin nəzdində "Dəmiryolçular" xalq çalğı alətləri ansamblı, "Qatar" rəqs ansamblı, Teatr studiyası, rəssamlıq emalatxanası, peşə kursları və dərnəkləri mövcuddur.

Binəqədi Mərkəzi Mədəniyyət evi

Tamaşaçı zalında oturacaq yerlərinin sayı: 350

Binəqədi qəsəbə Mədəniyyət evi

Xocasən qəsəbə klubu

1941-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi: 144 m². Tamaşa zalında oturacaqlar: 150 nəfərlik

Mədəniyyət və turizm / Musiqi məktəbləri

F.Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbi Bakı Şəhər İcra Hakimiyyətinin 12 avqust 1962-ci il, 32/1179№, Mədəniyyət Nazirliyinin 12 sentyabr 1962-ci il, 903№ əmri ilə 1962-ci ildə yaradılmışdır. 11 ixtisas üzrə 79 müəllim çalışır. Məktəbin şagird kontingenti 457 nəfərdi.

11 saylı Uşaq Musiqi Məktəbi

01 noyabr 1957-ci ildə yaradılmışdır. 12 ixtisas üzrə 109 müəllim çalışır. Məktəbin şagird kontingenti 501 nəfərdi.

M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbi

1978-ci ildə yaranmışdır. 12 ixtisas üzrə 104 müəllim çalışır. Məktəbin şagird kontingenti 462 nəfərdi.

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Azərbaycan Respublikası Prezidentinin 3072 saylı 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Binəqədi rayonunda yerləşən 8 kitabxana bazasında (V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8 mk/r kütləvi kitabxanası, S.Rüstəm adına kütləvi kitabxanası, Biləcəri qəsəbəsi kütləvi kitabxanası, H.Cavad adına kütləvi kitabxanası, Xocasən qəsəbəsi kütləvi kitabxanası, Binəqədi qəsəbəsi uşaq kitabxanası və Ş.Qurbanov adına Binəqədi qəsəbəsi kütləvi kitabxanası) Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb.

İşçilərin sayı: 18 nəfər. 1928-ci ilin yanvar ayından fəaliyyət göstərir. Oxucu: 6994 nəfər. Kitab fondu: 115556. Oxu zalı: 24 nəfərlik. 12 nəfər üçün vəsaiti olan internet resurs mərkəzi var.

I saylı filial

İşçilərin sayı: 9 nəfər. 01 oktyabr 1972-ci ildən fəaliyyət göstərir. Oxucu: 4593 nəfər. Kitab fondu: 69779. Kitab verilişi: 55983 nüsxə

II saylı filial

İşçilərin sayı — 5 nəfər. Oxucu: 2330 nəfər. Kitab fondu: 29686.

III saylı filial

İşçilərin sayı — 4 nəfər. 1958-ci ildən fəaliyyət göstərir. Oxucu: 957 nəfər. Kitab fondu: 17843. Kitab verilişi — 16412

IV saylı filial

İşçilərin sayı — 9 nəfər. 1982-ci ildən fəaliyyət göstərir. Oxucu: 3015 nəfər. Kitab fondu: 40763. Kitab verilişi — 36370. Gələnlərin sayı- 56400

V saylı filial

İşçilərin sayı — 3 nəfər. 40 ildən yuxarı fəaliyyət göstərir. Oxucu: 775 nəfər. Kitab fondu: 16613.

VI saylı filial

İşçilərin sayı — 4 nəfər. Oxucu: 2398 nəfər. Kitab fondu: 26800

VII saylı filial

İşçilərin sayı — 4 nəfər. 1970-ci ildən fəaliyyət göstərir. Kitabxananın sahəsi — 100 m². Oxucu: 1207 nəfər. Kitab fondu: 19014 kitab

Kənd Təsərrüfatı muzeyi

Eksponatların sayı: 5211 (əsas fond), 2267 (əlavə fond). 1923-cü ildə yaradılmışdır. Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır.

Hazırda ekspozisiya 500 m² sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyin 6 böyük ekspozisiyasında tez-tez sərgilər təşkil olunur.

Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi

Binəqədi faunası Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar.

Bakı Elektrik Şəbəkə Yarımstansiya muzeyi

2009-cu ildə yaranıb. İşçilərinin sayı – 2 nəfər.

Binəqədi rayonunun ərazisi 147,06 km², əhalinin sıxlığı 1 km²–ə 1496 nəfər təşkil edir.

Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 169,38 km², inzibati mərkəzi Məhəmməd Əmin Rəsulzadə qəsəbəsidir.

Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə — Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə28 May qəsəbələri mövcuddur.

2018-ci ilin yanvar ayına olan vəziyyətə əsasən Binəqədi rayonunun əhalisi 264 600 nəfər olmuşdur. Əhalinin 129 888 nəfərini yaxud 49,2 %-ni kişilər, 134 416 nəfərini və yaxud 50,8 %-ni qadınlar təşkil edir. İl ərzində əhalinin təbii artımı 2492 nəfər və ya 1 %, doğulanlar 3637 nəfər, ölənlər 1445 nəfər , nigahların sayı 1889, boşanmaların sayı isə 587 olmuşdur.

İl ərzində rayona daimi yaşamaq üçün gələnlərin sayı 3100 nəfər, rayondan gedənlərin sayı 800 nəfər olmuşdur. Əhalinin miqrasiya artımı 2300 nəfər, ümumi artımı isə 5382 nəfər olmuşdur Əhalinin son siyahıya alınmasına əsasən (2009-cu il) rayon əhalisinin 221 057 nəfərini və ya 92,67 %-ni azərbaycanlılar, 2773 nəfər və ya 1,16 %-ni ləzgilər, 8382 nəfər və ya 3,51 %-ni ruslar, 2359 nəfər və ya 0,99 %-ni tatarlar, 2272 nəfər və ya 0,95 %-ni ukraynalılar, 280 nəfər və ya 0,12 %-ni gürcülər, 522 nəfər və yaxud 0,22 %-ni yəhudilər, 608 nəfər və ya 0,25 %-ni isə digər millətlər təşkil edir.

Rayonda məskunlaşan məcburi köçkünlər 31552 nəfər, onlardan 14 932 nəfəri kişi, 16620 nəfəri qadındır. Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə — Rəsulzadə, Biləcəri, Binəqədi,Xocəsən, Sulutəpə28 May qəsəbələri mövcuddur. Eyni zamanda, rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. Mikrorayonların və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi Bələdiyyəsi,Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə Bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri Bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə Bələdiyyəsi, Xocəsən, Sulu-təpə, və 28 May qəsəbəsinin hüdudlarını əhatə edən Xocəsən Bələdiyyəsi fəaliyyət göstərir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində 95 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 5-i mədənçıxarma, 85-i emal, 2-si elektrik enerjisi, qaz və buxarlanma, 3-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə"ATSC-ni, müxtəlif növ boyalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən "Koka-kola Bottlers LTD", "Golden Uoter", "Mars Overseas" kimi iri şirkətlər də fəaliyyət göstərir ki, onların istehsal etdikləri məhsullar bütün respublika ərazisində satılır. Eyni zamanda, rayonda "Akva Park" istirahət və əyləncə kompleksi də fəaliyyət göstərir. Bundan əlavə, paytaxtın möhtəşəm şadlıq saraylarından sayılan "Monte Kristo", "Lido", "Min Bir Gecə" şadlıq sarayları, "Elit" ticarət və istirahət mərkəzi, "Oazis" istirahət mərkəzi rayon əhalisinə və paytaxt sakinlərinə xidmət göstərirlər.

  1. 1 2 http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  3. "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  4. "Arxivlənmiş surət". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.