Bayraq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Birləşmiş Millətlər Təşkilatının bayrağı
Dünya dövlətlərinin bayraqları
Dünya bayrağı

Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır.

Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, Orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün yaranmışdır