Baxşeyiş Paşayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baxşeyiş Paşayev | |
---|---|
Baxşeyiş Xanəhməd oğlu Paşayev | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Ağsaqqal |
Doğum tarixi | |
Doğum yeri | Əhmədavar, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Xanabad, Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağdam rayonu Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1988–1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Baxşeyiş Paşayev (1 may 1936, Ağdam – 12 iyul 1992, Xanabad, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətənimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəli idi, doqquz övladı var.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 237.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 1 mayda doğulanlar
- 1936-cı ildə doğulanlar
- 56 yaşında vəfat edənlər
- 12 iyulda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Ağdamda doğulanlar
- Xocalı rayonunda vəfat edənlər
- Ağdam rayonunda doğulanlar
- Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar
- Birinci Qarabağ müharibəsində həlak olanlar
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları