Bataqlıq kəcəvəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bataqlıq kəcəvəri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü.

Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir.

Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur. Çiçəkləri xaricdən sarımtıl və ya qırmızımtıl-qonur, bəzən yaşılımtıl-qonur olmaqla, yarpaqları tünd-qonur rəngli olur. Çiçəkləri sarımtıl, çəhrayı, bəzən yaşıl olur. Güclü aromat iyli və şirintəhər-acı dadılıdır.

Çay, göl, nohur, çəmənlik və bataqlıq sahillərində yayılır.

Yayın sonu və bütün payız fəsli ərzində sututarlarda su azalan zaman, bəzən yazda aprel ayında yarpaqların uzanma fazasında toplanılmalıdır. Kökümsovu və yerüstü hissəsi kəsilərək götürülür, soyuq suda yuyularaq təmizlənir və 2–5 sm ölçüdə kəsilərək bir neçə gün açıq havada naves və ya çardaxda qurudulur. Kökümsovların uzunluğu 5–30 sm kəsilməlidir. Kökümsovları yaxşı ventiliyasiyalı olan çardax və naveslərdə qurudulmalıdır. Quruducu şkafda 40ºС-də qurudulmalıdır.

Efiryağlı bitki olduğundan xammalı yaxşı bükülməli, tıxanmalı və bağlanmalıdır. Bütöv və doğranmış xammalının saxlanılma müddəti 3 il, tozununku isə 1,5 ildir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Calamus aromaticus Garsault

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 324.