40°59′36″ şm. e. 45°13′31″ ş. u.HGYO

Barxudarlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barxudarlı
40°59′36″ şm. e. 45°13′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XVI əsr
Sahəsi
  • 10,1 km²
Mərkəzin hündürlüyü 637 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Barxudarlı xəritədə
Barxudarlı
Barxudarlı

BarxudarlıAzərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

"Barxudar" şəxs adından və "-lı" şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "Topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Oykonim həmin hadisələrin nəticəsi kimi də meydana çıxa bilər. Bəzi tədqiqatçıların fikrincə, kəndi "barxudarlı" nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidədir.

  • 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 421 nəfər əhali yaşayır. Onlardan 203 nəfəri kişilər, 218 nəfəri qadınlardan ibarətdir.[2]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Hacıkərimov Şirin Qasım oğlu — Azərbaycan Respublikası Ali Soveti və Milli Məclisinin deputatı, DİN və MTN-də yüksək vəzifələrdə xidmət etmişdir, polkovnik;
  • Musayev İsgəndər Musa oğlu — uzun illər kənd məktəbinin direktoru olmuşdur, riyaziyyatçı;
  • Musayev Nazim İsgəndər oğlu (1947) — SSRİ İdman ustası, Rusiya Federasiyası Kurçatov AES-də məsul vəzifələrdə çalışmışdır;
  • Musayev Musa İsgəndər oğlu (1955–2018) — kənd təsərrüfatı elmləri namizədi, tanınmış güləşçi, SSRİ İdman Ustası, Azərbaycan Milli Aviasiya Akademiyasının professoru, İdman kafedrasının müdiri;
  • Musayeva Mənsurə İsgəndər qızı — elmlər namizədi, Azərbaycan Milli Aviasiya Akademiyasının dosenti.
  • Yunusov Xanlar Həmzə oğlu Professional məşqçi, Azərbaycan SSR - nin və SSSR -in yunan-roma üzrə çempionu. Dünya çempionu Həmzə Yunusovun məşqçisi və atası.
  • Yunusov Həmzə Xanlar oğluYunan-Roma güləşçisi, Alpaqut üzrə 2 qat dünya çempiyonu, MMAGrappling üzrə beynalxalq turnirlərin qalibi.

İsmayilov Mahal Mahmud oğlu 1949 cu ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur.Sərbəst güləş üzrə SSRİ idman ustasdır.Uzun müddət dəmir yolu rəisi vəzifəsində işləyib və digər qurumlarda da rəis vəzifəsində işləyib, barxudarlı kəndinin müdafiyəsində düşmənlərə qarşı aktiv mücadilə aparmışdır.

İsmayılov Məcid Mahmud oğlu (1925-1998).Böyük vətən müharibəsində iştirak etmiş çoxlu orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Qazax rayon icrayə komytəsində ümumi şöbə müdiri vəzifəsində işləmişdir.

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]