Barabbas
Barabbas(arami. בר אבא, q.yun. Βαραββᾶς) — Bibliya personajı, qatil, kütlə Həzrəti İsanı deyil, onu seçmişdi.
Həyatı
[redaktə | mənbəni redaktə et]İsa Məsihi “ camaatı üsyana təşviq etmək “ üstə həbs edib cəzaya məhkum etmək istəyən Qüds valisi Ponti Pilat, yəhudilərin pasxa bayramı günü, adət - ənənəyə uyğun olaraq iki dustaqdan birini xilas etmək üçün xalqa müraciət edərək hansının azad edilməsini istədiklərini soruşur. Xalq isə iki dustaqdan birinin, İsa Məsihin çarmıxa çəkilməsini istəyir…
Digər ikinci şəxs isə Nobel mükafatlı İsveçli yazar Per Lagerkvistin bu məşhur romanına qəhrəman olaraq seçdiyi Varavva (orijinal adı Barabbas ) idi…
Oğru, quldur olan Barabbasa da həmən gün edam ediləcək dustaqlar arasında idi və yəhudi camaatın İsaya olan nifrəti məhz onun azad olunmasına yol açmışdı: “ Mən də onun kimi seçilmişlərdənəm! Nə olsun ki o Tanrının oğludur? Amma ölmək məqamında ölümə o getdi, azad olmaq üçün mən seçildim! “ .
Barabbasa hər kəsin Tanrı oğlu deyərək bəhs etdiyi, gələcəkdən xəbər verə bildiyi söylənilən, möcüzələr göstərən, hər kəsə yol göstərən Müəllim olduğu deyilən və ən əsası isə onun əvəzinə çarmıxa çəkilən insanın edamını öz gözləri ilə kənardan izləyir. Həmən Müəllimin şagirdlərindən eşitdiyi “ 3 gün sonra Müəllim diriləcək “ xəbərindən tamam heyrətlənərək bu hadisəni də öz gözləri ilə görməyə qərar verir və anlayır ki, bu heç də dirilmə deyil. Sadəcə İsa Məsihin nəşini şagirdləri oğurlayıb gizlədiblər. Bir tərəfdən hər yanda gəzən peyğəmbər, Tanrı oğlu, Tanrının insan vücudunda zühuru, ölmüş insanlara can verən, insanlığı xilas edəcək Məsih haqqında gəzən söhbətlər, bir yanda isə özünün şahid olduğu, bütün bunların yalan olduğunu bilən vicdanı Varavvanı bir ömürlük susqunluğa qərq edir. Əgər Tanrı varsa, deməli o, Varavva da seçilmişlərdəndi. Çünki məhz o, Tanrı oğlunun yerinə azad olunub. İki yol arasında qalan Varavvanı qarşıda sanki lənətlənmiş bir ömür gözləyir. Avara sərgərdan bir həyat sürən Varavva keşməkeşli bir həyata yenidən qədəm qoyur. Hətta qul olaraq valinin mədənlərində işləməli olur. Burda işləyərkən bir yerə zəncirləndiyi, məcburən çiyin- çiyinə işlədildiyi erməni Saakla bir yerdə əyalətin prokuratoru (valisi ) tərəfindən sorğuya çəkilir…
Bəzi qaynaqlarda "Yəhudilər" və "çoxluq" olaraq adlandırılan kütləyə (ochlos), Barabbası ya da İsanı sərbəst buraxma seçkisi verildi. Matta,[1][2] Mark,[3][4] Luka[5][6] və Yuhanna'nın[7][8][9] anlatdıqlarına və Petrus incilinə görə kütlə Barabbasın buraxılmasını və Nazaretli İsanın çarmıxa çəkilməsini seçdi. Sadəcə Matta incilində olan bir qisimdə, kütlənin "O'nun qanının məsuliyyəti bizim və uşaqlarımızın üzərinde olsun" sözləri xatırlanır.[10][11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Matthew 27:15-26 Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine". biblegateway.com. (ing.)
- ↑ "Matta 27:15-26 Arxivləşdirilib 2012-09-11 at the Wayback Machine". kutsalkitap.info.
- ↑ "Mark 15:6-15 Arxivləşdirilib 2010-02-28 at the Wayback Machine". biblegateway.com. (ing.)
- ↑ "Markos 15:6-15 Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine". kutsalkitap.info.
- ↑ "Luke 23:13-25 Arxivləşdirilib 2010-02-28 at the Wayback Machine". biblegateway.com. (ing.)
- ↑ "Luka 23:13-25 Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine". kutsalkitap.info.
- ↑ "John 18:38-19:16 Arxivləşdirilib 2010-02-28 at the Wayback Machine". biblegateway.com. (ing.)
- ↑ "Yuhanna 18:38-40 Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine". kutsalkitap.info.
- ↑ "Yuhanna 19:1-16 Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine". kutsalkitap.info.
- ↑ "Matthew 27:25 Arxivləşdirilib 2014-01-01 at the Wayback Machine". biblegateway.com. (ing.)
- ↑ "Matta 27:25 Arxivləşdirilib 2012-09-11 at the Wayback Machine". kutsalkitap.info.