Baksan çayı
Baksan çayı | |
---|---|
kab.-çərk. Бахъсэн qaraç.-balk. Басхан | |
Ölkə | Rusiya |
Region | |
Mənbəyi | Elbrus dağları |
Mənsəbi | Malka çayı/Terek/Xəzər dənizi |
• Yüksəkliyi | 26 km |
Uzunluğu | 169 km |
Su sərfi | 33,6 m³/san |
Hövzəsinin sahəsi | 6800 km² |
DSR[rus.] | 07020000712108200004482 |
Vikianbarda əlaqəli mediafayllar |
Baksan[1] (Azau[1] ; qaraç.-balk. Басхан, kab.-çərk. Бахъсэн,) — Kabarda-Balkariya Respublikasında, Şimali Qafqazda axan çay.
Baksan çayı Malka çayının sağ qoludur. Bir başqa mənbələrdə çayın yuxarı axınlarına bəzən Azau adı altında rast gəlinir. Çayın orta illik su sərfi 33.6 m³/s-dir. Çayın suyundan kənd təsərrüfatında suvarma üçün istifadə olunur. Baksan çayı üzərində Baksan su-elektrik stansiyası fəaliyyət göstərir.
Təsviri
[redaktə | mənbəni redaktə et]Çayın uzunluğu 169 km, su hövzəsini sahəsi 6800 km²-dir. Baksan, Elbrus bölgəsindəki Böyük Azau və Kiçik Azau buzlaqlarından qaynaqlanır. Çayın qidası əsasən buz, qar və yeraltı sulardır. İyul-avqust aylarında çayın suyu daşır. Çayın bir çox qolu var, bunlardan ən böyüyü Malka ilə birləşərək sürətli axan Çerek və Çeqem çaylarıdır.
Baksan və qollarının yuxarı hissələrində Baksan, Cjan-Tuuqan, Elbrus düşərgələri, Elbrus milli parkı və Terskol rəsədxanası var.
Tırnıauz və Baksan şəhərləri Baksan çayı sahilinə, Proxladnı şəhəri isə Malka çayı ilə birləşmənin əks tərəfində yerləşir. Bu səbəbdən çay üzərində həm piyadalar, həm də nəqliyyat vasitələri üçün bir neçə körpü tikilmişdir. Hər iki çay şəhərlərin su təchizatında önəmli rol oynayırlar.
Çayın aşağı axınlarda çayın suyundan suvarma üçün istifadə olunur. Suvarmanı asanlaşdırmaq üçün Baksan suvarma sistemi yaradılmışdır. Bağçılıq və əkinçilikdə çayın rolu danılmazdır. Baksan çayı üzərində Baksan su-elektrik stansiyası tikilmişdir. Stansiya çayın ekoloji vəziyyətinin həddən artıq pisləşməsinə səbəb olmuşdur. Ekoloqlar Baksan çayının suyunun ildən-ilə daha çox çirklənməsinə görə həyəcan təbili çalırlar. Hökuməti və müvafiq qurumları tədbir görməyə vadar etmək üçün tez-tez etiraz aksiyaları keçirirlər.[2] Üstəlik SES çayda balıqların populyasiyasına da ciddi təsir göstərmişdir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Baksan çayının etimologiyası ilə bağlı müxtəlif variantlar vardır. Çayın kabarda dilindən mənası "əkin üçün buxar" və ya "köpüklənmə" kimi tərcümə edilə bilən Baksendir.[3][4] L. V. Veqener hesab edir ki, bu toponim balkar toponiminə əsaslanaraq — Basxan "daşqın" mənasını verir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Бакса́н // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ Показатели состояния подземных вод в 2000 году. Министерство природных ресурсов и экологии Российской Федерации: mnr.gov.ru
- ↑ Е. Д. Налоева "Кабарда в первой половине XIII века". Глава: Гидронимика Кабарды. Стр 164
- ↑ А. В. Твердый Топонимический словарь Кавказа: Баксан
- ↑ "Вегенер Л. В. Опубликовано в путеводителе «От Марухи до Эльбруса»". budetinteresno.narod.ru (rus). 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Баксан // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.