Baçço Bandinelli
Baçço Bandinelli | |
---|---|
Doğum tarixi | 12 noyabr 1493[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1560[2][3] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam, boyakar[d], sənətşünas, dizayner |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Baçço Bandinelli və ya əsl adı ilə Bartolommeo Brandini (12 noyabr 1493[1], Florensiya[3] – 7 fevral 1560[2][3], Florensiya[3]) — İntibah dövrünün italyan rəssamı və heykəltaraşı. XVI əsrdə yaratdığı heykəlləri Mediçi ailəsi tərəfindən alınırdı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atası Mikel di Viviano de Brandini oğlu Bandinellini zərgar kimi böyütmüşdür. Lakin daha sonra heykəltaraşlığa maraq göstərən Bandinelli heykəltaraş Covanni Françesko Rastiçinin yanında işləmiş və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış incəsənət xadiminə çevrilmişdir. Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır. Ciorci Vasari "Məşhur italyan memar, rəssam və heykəltaraşların həyatı" ("Le Vite de’ piû eccellenti architet- ti, pittori, et scultori italiani", 1550) və Benvenuto Çellininin "Həyat" ("Vita", 1728) adlı kitablarında Bandinelli qısqanc, pis və qabiliyyətsiz kimi təsvir olunmuşdur. Bandinelli soyadını 1530-cu ildə almışdır.
Bandinellinin əsərləri onun öz işində peşəkar olduğunu göstərir. Florensiyanın Uffizi qalereyasında sərgilənən "Laokoon" əsəri, "He- rakles ve Cacus" (1534) heykəli ve Florensiya kafedralının qabartmaları ən məşhur əsərləridir. Amma daha sonra Mediçi sarayındakı yerini Kellini ve Bartolommeo Ammannatiyə vermişdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Hirst M. BANDINELLI, Baccio // Dizionario Biografico degli Italiani (it.). 1963. Vol. 5.
- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 3 4 5 6 Бандинелли, Баччио (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 876.
- ↑ http://www.louvre.fr/sites/default/files/medias/medias_fichiers/fichiers/pdf/louvre-communique-presse-baccio-bandinelli.pdf.
- ↑ "Baçço Bandinelli". 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.