BƏƏ–Türkiyə münasibətləri
BƏƏ-Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
BƏƏ–Türkiyə münasibətləri — BƏƏ və Türkiyə arasındakı ikitərəfli diplomatik münasibətlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ölkələr geniş mədəni, hərbi və iqtisadi əlaqələrə malikdirlər. Lakin son illərdə münasibətlər xeyli pisləşmişdir[1]. 2017-ci ilin may ayında BƏƏ-nin Amerika Birləşmiş Ştatlarındakı səfiri Yusif əl-Otayba, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı BƏƏ və ABŞ üçün uzun müddətli təhlükə adlandırdı[2].
2017-ci ilin dekabr ayında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahayyan Twitter səhifəsində Osmanlı generalının Mədinəni Osmanlı imperiyası dövründə qarət etdiyini yazdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab olaraq Abdullah bin Zayed əl-Nahayyanı təhrikçi biri olaraq, neft gəliri ilə şıltağ olaraq yetişən insan adlandırdı. BƏƏ-nin ali çinli diplomatı Ənvər Qarqaş məzhəbçi və fanatik düşüncənin Tehran və ya Ankara rəhbərliyini qəbul etməyən ərəb dünyası üçün məqbul alternativ olmadığına dair bir bəyanat verdi[3].
2018-ci ilin mart ayında Ənvər Qarqaş ölkələr arasında əlaqələrin yaxşı vəziyyətdə olmadığını söylədi və Türkiyəni ərəblərin suverenliyinə hörmət etməyə, qonşuları ilə müdriklik və rasionallıqla ünsiyyətə çağırdı[4]. 2018-ci ilin may ayında Ənvər Qarqaş ərəb ölkələrini Orta Şərqdə Türkiyə və İran nüfuzunun artması təhlükəsi qarşısında birləşməyə çağırdı[5].
Misir böhranı
[redaktə | mənbəni redaktə et]İki ölkə arasındakı diplomatik münasibətlər Misir böhranı və onun nəticələrinə dair fərqli fikirlərə görə pisləşdi: Türkiyə Müsəlman qardaşlarını dəstəkləyirdi. BƏƏ isə prezident Əbdül Fəttah əs-Sisinin rəhbərliyindəki hökuməti dəstəkləmişdir.
Türkiyədə dövlət çevrilişinə cəhd (2016)
[redaktə | mənbəni redaktə et]Türkiyə BƏƏ səlahiyyətlilərini 2016-cı ildə çevriliş cəhdini dəstəkləməkdə ittiham edir. 2017-ci ilin iyun ayında bu iddiaların doğruluğunu təsdiq edən Yusif al-Otaybadan sızan bir e-poçt dərc edilir[6][7][8].
2017 Qətər diplomatik böhranı
[redaktə | mənbəni redaktə et]BƏƏ səlahiyyətliləri diplomatik böhran zamanı Türkiyənin Qətərə verdiyi dəstəyi tənqid etmişdilər[9].
Ticarət
[redaktə | mənbəni redaktə et]2008-ci ildə ölkələr arasında ticarətin həcmi 7 il ərzində 80 % artaraq 9 milyard ABŞ dolları təşkil etmişdir[10]. Türkiyə 2004-2008-ci illər arasında BƏƏ-yə ən böyük mal tədarükçülərindən biri idi və bu müddət ərzində BƏƏ-nin Türkiyəyə ixracı 6 dəfə artmışdır. 2009-cu ildə Etihad Airways, həftədə 4 dəfə İstanbula uçuşlar edirdi. Buna səbəb sərnişin axınının artması olmuşdur[11].
2008-ci ildə əmirliyin iş adamları özəlləşdirmə proqramı çərçivəsində Türkiyədəki daşınmaz əmlaka fəal investisiya qoymuşdular[12]. 2010-cu ildə ölkələr ticari əlaqələrin və ortaq layihələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın mümkün sahələrini müəyyənləşdirmək öhdəliyini götürdülər[13].
Diplomatik nümayəndəliklər
[redaktə | mənbəni redaktə et]- Türkiyə Əbu-Dabidə səfirliyə sahibdir[14].
- BƏƏ-nin Ankarada səfirliyi fəaliyyət göstərir[15].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Turkey sees great progress in relations with UAE - World Bulletin". 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "UAE doesn't want Turkey to even shape a dinner menu, Otaiba says - Daily Sabah". 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "In first remarks since retweet feud, UAE diplomat says Arabs won't be led by Turkey | Reuters". 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Senior UAE official says Turkey-Arab relations 'not in best state' | Reuters". 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Gargash calls for Arab unity to counter Iran and Turkey - The National". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Abu Dhabi links with Israel exposed in leaked emails". 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2017.
- ↑ "UAE allegedly funneled $3B to topple Erdoğan, Turkish government". 24 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2017.
- ↑ "UAE ambassador's hacked emails 'show' alleged role in Turkey coup". 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2017.
- ↑ "GCC crisis: Unresolved tensions plague Turkey-UAE relations". 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Turkey, UAE to improve economic relations - Turkey Financial News". www.turkeyfinancial.com. 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "The official website of Etihad Airways, United Arab Emirates - Etihad Airways". Etihad Global. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Finance Minister invites UAE businessmen to Turkey - Turkey Financial News". www.turkeyfinancial.com. 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Turkey, UAE agree to cooperate on projects — Today's Zaman". 2017-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Arxivlənmiş surət". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.