Böyük Rift Dərəsi (Keniya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Rift Dərəsindəki Keniya göllər sistemi
Ölkə Keniya Keniya
Tip Təbii
Kriteriya (vii), (ix), (x)
Keçid rev 1060 rev
Region Afrika [* 1]
Daxil edilməsi 2011  (35-ci sessiya)
Böyük Rift Dərəsi xəritədə
Böyük Rift Dərəsi
Böyük Rift Dərəsi
Boqoriya gölü
Lonqonot dağı
Şərqi Afrika Rift Dərəsi, Keniya ISS 2012

Böyük Rift DərəsiKeniyada şimaldan cənuba doğru uzanan qitələrarası silsilə sisteminin bir hissəsidir. Tanzaniyada cənubdan başlayan və şimaldan Efiopiyaya doğru davam edən Şərqi Afrika riftinin şərq qolu olan Qreqori riftinin bir hissəsidir.[1] Üç böyük tektonik plitənin, Ərəb, Nubiya və Somali plitələrinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan coğrafi bir inkişafla əmələ gəlmişdir.[2] Keçmişdə, Madaqaskardan Suriyaya qədər uzanan Böyük Rift Dərəsininin bir hissəsi olduğu düşünülürdü.

Vadidə Çeranqani təpələri və bir hissəsi hələ də aktiv olan vulkan silsiləsi var. İqlimi mülayimdir, temperaturu ümumilikdə 28 °C (82 °F)-dən aşağı olur. Ən çox yağıntı mart-iyun və oktyabr-noyabr aylarında yağır.[3] Barinqo gölünün qərbindəki Tuqen təpələrində 14 ilə 4 milyon il əvvəl yarananan lava axınlarında qorunan fosillər var. Ərazi insanların əcdadları olan bir çox hominidlərin qalıqları da tapılmışdır.[4]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Vadi şərqdən və qərbdən digər dərələrlə həmsərhəddir. Ərazidəki vulkanların bəziləri hələ də aktivdir və bir sıra göllər var.

Turkana gölü Keniyadakı Böyük Rift Dərəsinin şimal ucunda yerləşir. Turkana gölündə də bir sıra vulkanlar yerləşir. Menenqai təxminən 8000 il əvvəl meydana gələn bir qalxan vulkanıdır.[5]

Cəhənnəm Qapısı Milli Parkı Naivaşa gölünün cənubunda yerləşir.[6] Lonqonot dağı Naivaşa gölünün cənub-şərqində yerləşən bir hərəkətsiz stratovulkandır. Dağ 1900-cü illərin əvvəllərində partlamışdı və kül hələ Cəhənnəm darvazası ətrafında hiss oluna bilər.[7] Ən son püskürmələrdən gələn lava axınları hələ də bitki qatı ilə örtülməyib və buna görə də yaşlarının yüz ildən yuxarı olmadığı düşünülür.[8]

Keniyada Afrika qitəsində tapılan ümumi göllərin 64-ü (9.50%) yerləşir.[9] Bunlardan səkkizi Keniya Rift Dərəsindəki əsas göllərdir. Şimaldan cənuba bu göllərin adları Turkana gölü, Loqipi gölü, Barinqo gölü, Boqoriya gölü, Nakuru gölü, Elmenteita gölü, Naivaşa gölü və Maqadi gölüdür.[10] Bu səkkiz göldən yalnız Barinqo və Naivaşa gölləri şirinsuludur.[11]

Riftin şimal ucundakı Turkana gölü 250 kilometr (160 mil) uzunluğunda, 15 kilometr (9.3 mil) və 30 kilometr (19 mil) arası genişlikdədir və 125 metr (410 ft) dərinliyi ilə göllər arasında ən dərinidir.[12] Digər göllərin çoxu dayazdır və bir qədər qurudulmuşdur. Buna görə də bu göllərdə qələvilik yaranmışdır.

Göllərin suyu həşərat sürfələri, kiçik xərçəngkimilər və kiçik qızılqazları bəsləyən mavi-yaşıl yosunlarla zəngindir. Sürfələr və xərçəngkimilər isə balıqların və böyük qızılqazların qidasını təşkil edir.[3] Bu quşların kütləvi sürülərinin göl kənarındakı çöküntülərə də təsiri olduğu aşkar edilmişdir. Onların sayı, müəyyən ərazilərdə sükanların tapdalanmasına səbəb olur, qidalanma yerləri palçıqdakı çubuqların olması səbəbindən oksigenlənir. Onların yuva kurqanları da gölün suyun səviyyəsinin dəyişməsi ilə qorunub saxlanıla bilər. Bunlar göl kənarındakı topoqrafiyada pozuntular əmələ gətirir.[13]

Natrium karbonat istehsalı üçün istifadə olunan və buxarlandırıcı bir mineral olan Trona təxminən 100 ildir ki Maqadi gölündən çıxarılır. Bura il təxminən 250.000 metrik ton Trona istehsal edir.[14] Barinqo gölünün ətrafındakı ərazilərdən yaqut və çəhrayı sapfir kimi digər qiymətli minerallar tapılmışdır. 2004-cü ildə ərazidən 2 kiloqramdan artıq korund yığılmışdır.[15]

Buradakı üç dayaz qələvi göl: Boqoriya, Nakuru, Elementiata gölləri və ətraf torpaqlar Keniya göl sistemini təşkil edir. Bu sistem dünyanın ən müxtəlif quş populyasiyalarından birinə malikdir və qlobal təhlükə altında olan on üç quş növünün evidir. Çəhrayı qutan üçün vacib bir yuva və yetişdirmə yeridir və Kiçik qızıl qaz üçün dünyadakı ən vacib qidalanma sahəsidir. Sistem qlobal əhəmiyyətli populyasiyaların qaraboyun maygülü, Afrika ərsindindiyi, bizdimdik, kiçik maygülü, sarı dimdikli leylək, caydaqcüllüt, boz-başlı qağayı və Gelochelidon niloticanın evidir.[16]

Keniya göl sistemi Qərbi Asiya-Şərqi Afrika köç yolundakı əsas yerdir. Bu yolu şimaldakı yuva yerlərindən Afrikadakı qışlama yerlərinə illik miqrasiya zamanı çox sayda quş izləyir. Göllərin ətrafındakı torpaqlara qara kərgədan, Rotşildin zürafəsi, böyük kudu, aslan, çita və vəhşi itlərin geniş populyasiyası daxildir. Keniya göl sistemi möhtəşəm bir mənzərə təqdim edən Rift Dərəsinin dik eskarpmenti ilə əhatə olunmuşdur.[16]

Digər göllərə şimal-şərqdə uzanan Bahir gölünü misal göstərmək olar. Bu göl əsasən Efiopiyada yerləşsə də yağışlı mövsümdə Keniyaya qədər uzanır. Kamnarok gölü başqa bir kiçik göldür.

  1. Chorowicz, Jean. "The East African Rift System". Journal of African Earth Sciences. 43 (1–3). 10 November 2005: 379–410. Bibcode:2005JAfES..43..379C. doi:10.1016/j.jafrearsci.2005.07.019.
  2. Corti, Giacomo. "Evolution and characteristics of continental rifting: Analog modeling-inspired view and comparison with examples from the East African Rift System". Tectonophysics. 522. February 2012: 1–33. Bibcode:2012Tectp.522....1C. doi:10.1016/j.tecto.2011.06.010.
  3. 1 2 Firestone, 2009. səh. 151
  4. Firestone, 2009. səh. 23
  5. Menengai
  6. Scoon, Roger N. Geology of National Parks of Central/Southern Kenya and Northern Tanzania: Geotourism of the Gregory Rift Valley, Active Volcanism and Regional Plateaus. Springer. 2018. 186. ISBN 9783319737850.
  7. Hell's Gate
  8. Suswa
  9. Singh, 2006
  10. Firestone, 2009
  11. Britton, Harper, 2006
  12. Anadón, Cabrera və Kelts, 1991
  13. Scott, Jennifer J.; Robin W. Renaut; R. Bernhart Owen. "Impacts of flamingos on saline lake margin and shallow lacustrine sediments in the Kenya Rift Valley". Sedimentary Geology. 277. 15 November 2012: 32–51. Bibcode:2012SedG..277...32S. doi:10.1016/j.sedgeo.2012.07.007.
  14. Warren, John K. Evaporites:Sediments, Resources and Hydrocarbons. New York: Springer Berlin Heidelberg. 2006. səh. 861. ISBN 978-3-540-26011-0. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
  15. Blauwet, Dudley; B. M. L. "New ruby and pink sapphire deposit in the Lake Baringo area, Kenya". Gems & Gemology. 41 (2). 1 June 2005: 177–178.
  16. 1 2 UNESCO