Azon zavodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azon zavodu

Azon zavoduAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir.[1]

"Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu.[2] 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.[3]

2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.[4] 2017-ci ildə "Azon Zavodu" MMC-nin 1 mln. 365 min 784,5 manat vergi borcu Vergilər Nazirliyi tərəfindən silinib.[5]

Fəaliyyət sahələri

[redaktə | vikimətni redaktə et]
  • Mikrosxemlər: 133, 155, 169, 170, 533, 555, 556, 561, 564, 589, 1102 seriyalı
  • Günəş batareyası elementləri
  • Taxta və plastmas məmulatlar
  • Azot və oksigen qazlarının maye və qaz halında istehsalı[6]
  1. "Azon zavodu"nun direktoru dəyişib [ölü keçid]
  2. "Azərbaycanın kosmik gələcəyini Azimov, Harrison və Bredberi yaxınlaşdıra bilər". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  3. "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.
  4. ""Ozon" zavodu sökülür, yerində nə tikiləcək?". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  5. "Dövlət qurumlarının 22 mln. manatlıq vergi borcu silinib". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  6. "Mədət Quliyev nazir kimi hansı işləri görəcək?". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]