Axmaz göl
Axmaz göl və ya Axmazlar (Axmaz[1]) — meandrlaşmış çaylarda (dolamanın) boyun hissəsinin yuyulmasının nəticəsində yatağın düzəlməsi ilə əlaqədar çaydan ayrılıb, köhnə yataqda əmələ gələn gölə deyilir və əsasən aypara formasında olur. Çay yatağının meandrlaşmasının nəticəsində yaranır. Belə ki, gursululuq və ya suyun səviyyəsinin qalxması nəticəsində çay qıvrılmış yatağını dəyişərək özünə qısa yol açır. Nəticədə yataq düz istiqamətdə uzanır. Tədricən qum və lil çayın əvvəlki yatağının girişini qapadır. Meandrlar isə kiçik göllərə çevrilir. Axmazlar bir müddət göl kimi mövcudluğunu qoruyur. Bir müddət sonra göl bataqlığa çevrilir. Daha sonra isə tamamən qururur (şoranlıq). Azərbaycan ərazisində mövcud olan Hacıqabul gölü, Sarısu, Mehmana və Duzdağ gölü axmazdırlar. Azərbaycan ərazisində ən böyük axmaz göl-Sarısu gölüdür
Ən uzun zaman mövcudluğunu qoruyan axmaz Amudəryanın əvvəlki yatağı olan Uzboy olmuşdur. Bu axmaz 500 km məsafədə uzanırdı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Dilinin İzahlı Lüğəti // I CİLD // 84 səh. 2006 il