Avşar (Vedibasar)
kənd | |
Avşar | |
---|---|
39°50′26″ şm. e. 44°41′01″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 835 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0605 |
Vikianbarda əlaqəli mediafayllar |
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi[3], 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında[4], Qafqazın 5 verstlik xəritəsində Avşar kimi[5] qeyd edilmişdir.[6]
Toponimiyası
[redaktə | mənbəni redaktə et]Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119). XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı yalnız Əfşar kimidir. XV–XVI əsrlərdə bu tayfanın bir hissəsi qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları onlara Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər . (Türkiyədə Avşar adlı 86 kənd vardır (34, 409).[7]
Toponim "çevik və ovçuluğu sevən" mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 13 tatar ailəsi, 42 kişi, 38 qadın, cəmi 80[8], 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].
1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır[10].
1930-cu ildən Qaranlıq (Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir[11].
Z. Qorqodyanın "1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi" (İrəvan, 1932) kitabında göstərilir ki, 1831–1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır[12].
Lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində bu fakt təhrif edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831–1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir[13].
Azərbaycanlılar 1948–1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, [https://web.archive.org/web/20150721025034/https://behruzmelikov.files.wordpress.com/2013/11/qerbi-azerbaycanin-turk-menseli-toponimleri.pdf Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.172
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Авшар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-22.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.85, 155
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s. 366
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 154–155
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.366