Aureliyo Milani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aureliyo Milani
Ümumi məlumatlar
Doğum tarixi 14 may 1934(1934-05-14)[1]
Vəfat tarixi 25 noyabr 2014(2014-11-25)[2][3] (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 80 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934[1]25 noyabr 2014[2][3], Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub.

Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb.

"Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub.

Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur. O "İnter"lə birlikdə İtaliya çempionluğu, Çempionlar KubokunuQitələrarası Kubokunu qazanıb.

Futbolçu İtaliya millisində yeganə oyununu 10 may 1964-cü ildə İsveçrəyə qarşı keçirib.

Milani karyerasını 1967-ci ildə "Verbania" klubunda başa vurur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]