Çayırçiçəyi

Vikipediya, azad ensiklopediya
(Astra səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çayırçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya çayırçiçəyi (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir. Kolşəkilli çayırçiçəyi (A.dumosus) dilcikşəkilli çiçəkləri açıq-bənövşəyi, ağ rəngdə, boruşəkillilər isə sarı rəngdə olur. Çoxillik çayırçiçəyi pöhrələrlə çoxaldırlar. Bunun üçün pöhrələri ehtiyatla bölürlər. Çoxillik çayırçiçəkləri əksər növləri zoğlar əmələ gətirir. Bu zoğlar torpağa toxunan hissədən kök atır. Qələm etmək üçün yan zoğlardan istifadə olunur.