Ansibl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ursula Le Quin.

Ansibl – anlıq və ya işıqdan sürətli kommunikasiya üçün istifadə olunan uydurma texnologiya. Elmi fantastika ədəbiyyatının mövzularından biridir.[1]

"Ansibl" sözü və cihazı ilk dəfə Ursula Le Quin tərəfindən "Rokannonun dünyası" (1966) əsərində işlədilmişdir.[1] Buna baxmayaraq, ulduzlararası sürətli kommunikasiya texnologiyası ideyası Ayzek Azimovun "Fond" seriyasında da öz əksini tapmışdır.[1] Cihaz Ursula Le Quinin "Hayn dairəsi" romanlarında tez-tez istifadə olunmuş, işıqdan sürətli səyahət texnologiyasına malik olmayan ulduzlararası federasiyasının administrasiyasına kömək etmişdir.[1] Yazıçının "Mülksüzlər" (1974) əsərində ansibl cihazının ixtirasına gətirib çıxaran nəzəri işlərin müəllifi olan bir alimin hekayəsi nəql olunur.[1]

Digər yazıçılar

[redaktə | mənbəni redaktə et]

Ansibl bir çox hekayənin mümkünlüyünə səbəb ola bildiyi üçün Orson Skott Kard, Den SimmonsVernor Vinc kimi bir çox elmi fantastika yazıçısı tərəfindən istifadə olunmuşdur.[1] Bəzi yazıçılar bənzər kommunikasiya cihazlarını fərqli adlarla təqdim edərək əsərlərində istifadə etmişdirlər.[1]

  • Booker, M. Keith. Historical Dictionary of Science Fiction in Literature (ingiliscə). Rowman & Littlefield Publishers. 2014. 26. ISBN 9780810878846. İstifadə tarixi: 15 dekabr 2022.