Anno Hideaki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anno Hideaki
yap. 庵野秀明
Doğum tarixi 22 may 1960(1960-05-22)[1] (64 yaş)
Fəaliyyəti kinorejissor, animasiyaçı, aktyor, ssenarist, film prodüseri, kino aktyoru, söz yazıçısı[d], seyyu
Fəaliyyət illəri 1982-ci ildən
Təhsili
  • Osaka İncəsənət Universiteti[d] (19801983)
IMDb ID0030417
{{{imzanın izahı}}}
khara.weblogs.jp/hideaki…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anno Hideaki (yap. 宮﨑 駿 Anno Hideaki, 22 may 1960[1]) — yaponiyalı anime və kinofilmlər rejissoru. Vegetariandır. 2002-ci ildən manqaka Moyoqo Anno ilə evlidir. Onun ən məşhur əsəri Neon Genesis Evangeliondur.

Animator kimi ilk dəfə Super Dimensional Fortress Macross-da işə başlayıb, lakin yalnız 1984-cü ildə Küləklər vadisindən Navsikaya anime filmindən sonra məşhurlaşdı. Bundan sonra Gainax studiyasını yaradıb quruluşçu rejissor kimi ilk tammetrajlı filmi Wings of Honneamise, Gunbuster və Nadia: The Secret of Blue Water-sı çəkdi. Lakin Nadia: The Secret of Blue Water-sı çəkdikdən sonra depressiyaya düşüb az qala sui-qəsd torətmişdi.

1998-ci ildə Love & Pop, 2000-ci ildə isə Shiki-Jitsu (Ritual) filmlərini çəkdi. 2004-cü ildə Cha no aji (Çayın dadı) filmində anime rejissoru, 2006-cı ildə isə Naisu no mori: The First Contact (Qorxmuş meşə: İlk təmas) filmində öz rolunda oynayıb. 2013-cü ildə Hayao Miyazakinin dəvəti ilə Külək güclənir anime filmində baş qəhrəman Jiro Horikoshi-ni səsləndirdi.

  • Wings of Honneamise (1987)
  • Gunbuster (1988)
  • Nadia: The Secret of Blue Water (1990—1991)
  • Neon Genesis Evangelion (1995—1996)
  • The End of Evangelion (1997)
  • Kare Kano (1998)
  • Love & Pop (1998)
  • Shiki-Jitsu (2000)
  • Cutie Honey (2004)
  • Rebuild of Evangelion (2007, 2009, 2012)
  1. 1 2 Hideaki Anno // BD Gest' (fr.).