Angela Merkel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Angela Merkel
alm. Angela Merkel[1][2][…]
22 noyabr 2005 – 8 dekabr 2021
ƏvvəlkiGerhard Şröder
SonrakıOlaf Scholz
Almaniya Bundestaqının üzvü[d]
20 dekabr 1990 – 10 noyabr 1994
Almaniya Bundestaqının üzvü[d]
10 noyabr 1994 – 26 oktyabr 1998
Almaniya Bundestaqının üzvü[d]
26 oktyabr 1998 – 17 oktyabr 2002
Almaniya Bundestaqının üzvü[d]
17 oktyabr 2002 – 18 oktyabr 2005
Almaniya Bundestaqının üzvü[d]
18 oktyabr 2005 – 27 oktyabr 2009
Almaniya Bundestaqının üzvü[d]
27 oktyabr 2009 – 22 oktyabr 2013
Almaniya Bundestaqının üzvü[d]
Vəzifədədir
22 oktyabr 2013-cü ildən
XDİ-nin baş katibi[d]
7 noyabr 1998 – 10 aprel 2000
ƏvvəlkiPeter Hintze[d]
SonrakıRuprecht Polenz[d]
Almaniya Bundestaqının üzvü[d]
24 oktyabr 2017 – 26 oktyabr 2021
Xristian Demokrat İttifaqının lideri[d]
10 aprel 2000 – 7 dekabr 2018
ƏvvəlkiWolfgang Schäuble[d]
SonrakıAnnegret Kramp-Karrenbauer[d]
Bundestaqın XDİ/XSİ fraksiyasının sədri[d]
24 sentyabr 2002 – 21 noyabr 2005
ƏvvəlkiFriedrich Merz[d]
SonrakıVolker Kauder[d]
XDİ Meklenburq-Qərbi Pomeraniya Partiyasının sədri[d]
1993 – 2000
ƏvvəlkiGünther Krause[d]
SonrakıSteffie Sşnor[d]
Avropa Şurasının fəaliyyətdə olan prezidenti[d]
1 yanvar 2007 – 30 iyun 2007
ƏvvəlkiMatti Vanhanen[d]
SonrakıXose Sokrates[d]
Şəxsi məlumatlar
Doğum adı Angela Dorothea Kasner[7][2][…]
Doğum tarixi 17 iyul 1954(1954-07-17)[3][4][…] (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, fizik
Atası Horst Kasner[d][7][10][…]
Anası Hörlind Kasner[d][7][10][…]
Həyat yoldaşları
Dini Almaniyada protestant kilsəsi[d][13], lüteranlıq[10], enavgelist kilsə[d][9]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, nəzəri kimya[d], analitik kimya, fizika[1]

Təltifləri "Niderland şiri" ordeni Grand Cross of Honor for Services to the Republic of Austria Grand Cross of Royal Norwegian Order of Merit I Leopold ordeni Knight Grand Cross in the Order of the Netherlands Lion "Fəxri legion" ordeninin Böyük xaçı Grand Cross special issue of the Order of Merit of the Federal Republic of Germany, special issue Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni Order of the Cross of Terra Mariana, 1st Class Order of the Cross of Terra Mariana Order of Merit "Üç Ulduz" ordeni Azadlıq ordeni 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni "Cüt ağ xaç" ordeni Decoration for Exceptional Merits "Respublika" ordeni "Stara Planina" ordeni Prezidentin "Azadlıq" medalı Grand Cordon of the Order of Leopold Grand Cross of the Order of Merit of the Grand Duchy of Luxembourg "Böyük Vitautas" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Decoration of Honour for Services to the Republic of Austria Şahzadə Henri ordeni Grand Collar of the Order of Prince Henry Grand Collar of the Order of Prince Henry Grand Cross of the Order of Prince Henry Peru günəşi ordeni böyük xaçı Peru günəşi ordeni Supreme Order of the Renaissance "Kral Əbdüləziz" ordeni
Charlemagne Prize
"Zaid" ordeni Prezident medalı Bavarian Order of Merit
İmzanın şəkli
buero-bundeskanzlerin-ad.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[3][4][…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya[12]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır[14].

Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.

2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİAlmaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır. Xarici siyasət trayektoriyalarına transatlantik tərəfdaşlıq, Avropaya inteqrasiya və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi öhdəliyi daxildir.[15]

Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela, böyüyəndə müəllimə olmağı arzu edib. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.

Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir. Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir.

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edir. Nə qədər şirürəkli görünsə də, Merkelin də qorxduqları var. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan başqa Angela ildırımdan da yaman qorxur.

Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə təhsil aldığı illərdə "Angela" diskotekası təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və digər içkilər satırdı. Həmyaşıdlarının Rolling Stones-dan ötrü dəli-divanə olduğu bir vaxtda , Angela Beatles qrupunu çox sevirdi. Onun əl çantasında mobil telefondan başqa, həmişə karandaş və bloknot, pudra qabı və optik eynək var. Kanslerin uzağı görmə qabiliyyətində bir qədər problem var. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman təəssüflənən Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox sevən Merkelin qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O cavab verib ki, gözəl gözləri!

Damarlarında polyak qanı axan Angelanın qızlıq soyadı Kasnerdir. Kanslerin babası, Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Angela Merkel Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, 2005-ci ildən bu postu tutur. 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-ci ildə qəfil baş verən bu təyinat zamanı o, Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.

Kanslerin masasının üstündə əslən alman olan rusiyalı imperatriçə II Yekaterinanın portreti var. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə Merkeli "odda yanmaz, suda batmaz" adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Merkel, Angela, 1954- // Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 1 2 https://d-nb.info/gnd/119545373/about/lds (ing.). / German National Library
  4. 1 2 Angela Merkel // filmportal.de (alm.). 2005.
  5. 1 2 Parlement.com (nid.).
  6. 1 2 Wer war wer in der DDR? (alm.): ein Lexikon ostdeutscher Biographien. // Wer war wer in der DDR? / Hrsg.: J. Černý
  7. 1 2 3 4 5 6 7 8 9 Golden (ing.). 2019.
  8. 1 2 Höhn T. D. Ehrendoktorwürde für Angela Merkel (alm.). / Hrsg.: Universität Leipzig 2008.
  9. 1 2 3 https://www.bundeskanzler.de/bk-de/kanzleramt/bundeskanzler-seit-1949/angela-merkel (alm.). / Hrsg.: Presse- und Informationsamt der Bundesregierung
  10. 1 2 3 4 5 6 7 NNDB (ing.). 2002.
  11. 1 2 Wie lebt es sich ohne das Hamsterrad? (alm.). // Stern / Hrsg.: A. Petzold, T. Osterkorn HH: Gruner + Jahr, 2022. ISSN 0039-1239
  12. 1 2 Hennig F. CDU-Parteitag: Eimsbüttelerin Angela Merkel bekommt Nachfolgerin (alm.). // Eimbütteler Nachrichten HH: 2018.
  13. https://web.archive.org/web/20170127061337/https://www.bundestag.de/abgeordnete18/biografien/M/merkel_angela/258788.
  14. "Biography". Bundeskanzlerin.de. German Federal Press and Information Office. 21 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2015.
  15. İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]