Anahit məbədi
Anahit məbədi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Göygöl |
Yerləşir | Çaykənd |
İstinad nöm. | 4292 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Anahit məbədi[1] — Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən məbəd. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anahit məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub.
Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahit məbədi yaxınlığında düşərgə salmışdı. Bu məlumat onu təsdiq edir ki, Anahit məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahitə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olmuş, xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-22.
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |