Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
"We Can Do It!" — 1943-cü ildə ABŞ-də müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C. Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Doyl adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur. Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Səma buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
ABŞ milli parklarının siyahısı(şəkildə Amerikan Samoası Milli Parkı təsvir olunub) ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad. ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli