Ana Koloviç Lesoska

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ana Koloviç Lesoska
Doğum tarixi 1980
Doğum yeri
Fəaliyyəti ətraf mühit fəalı, bioloq

Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı[1][2] da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya BankıAvropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur.

Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır[3]. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir. Dünya Bankı dərhal maliyyəni geri çəkir[3][4] və ertəsi ilin may ayında Boskov-Most layihəsinin ekoloji icazəsinin ləğvi üçün məhkəmə qərarı verilir. AYİB 2017-ci ilin yanvar ayında maliyyələşdirməni ləğv edir.

Bu nailiyyətlərin nəzərə alınaraq 2019-cu ilin aprelində Ana Koloviç Lesoska dünyadakı altı ekoloq arasında Qoldman Mükafatına layiq görülür[3][5]. O, Şimali Makedoniya tarixində ilk belə mükafat alan şəxs olur[6].

  1. "Комитет Бернской конвенции решит судьбу балканской рыси и гидроэлектростанции Босков Мост в Македонии". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  2. "Eligibility Assessment Report: Complaint Boskov Most HPP" (PDF). 2012-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-26.
  3. 1 2 3 "Ana Colovic Lesoska". 2019-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  4. We’re sorry, this page doesn’t exist[ölü keçid]
  5. "Meet the winners of the 2019 Goldman Environmental Prize". 2019-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  6. "Macedonian activist wins Goldman Environmental Prize". 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.