Amin Maluf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amin Maaluf
(fr. Amin Maalouf, ərəb. أمين معلوف‎)
Doğum adı أمين رشدي معلوف[2]
Doğum tarixi (75 yaş)
Doğum yeri Beyrut, Livan
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Livanlı
Təhsili
  • Müqəddəs İosif Universiteti[d]
Fəaliyyəti jurnalist, yazıçı, librettoçu, fantastika yazıçısı[d], müəllif, romançı
Əsərlərinin dili Fransızca
Janr Tarixi roman
İlk əsəri Xaç yürüşləri Ərəblərin gözüylə (Les Croisades vues par les Arabes)
Üzvlüyü
Mükafatları Honkur Akademiyası Ədəbiyyat Mükafatı
aminmaalouf.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı.

Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub.

Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb.

Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb.

1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub. Bu kitab çevrildiyi başqa dillərdə də böyük uğur qazanıb.

1986-cı ildə çap edilən ikinci kitabı və eyni zamanda ilk romanı olan "Afrikalı Leo" (Léon l'Africain) əsəri "Fransız — Ərəb Dostluq Mükafatı"na layiq görülüb.

Amin Maalufun 1988-ci ildə çap edilən ikinci romanı "Səmərqənd" (Samarcande) də oxucular tərəfindən coşquyla qarşılanıb və dünyanın bir çox dillərinə çevrilib. Bu kitab Amin Malufa ən böyük şöhrət gətirən əsəridir.

Yazıçının 1991-ci ildə "İşıq bağçaları"(Les Jardins de lumière), 1992-ci ildə isə "Beatrisdən sonra birinci 100 il" (Le Premier Siècle après Béatrice) kitabları yayımlanıb.

Amin Maaluf 1993-də çap edilən "Tanios Qayası" (Le Rocher de Tanios) romanına görə Fransanın məşhur "Qonkur Akademiyası Ədəbiyyat Mükafatı"na layiq görülüb.

1996-cı ildə "Şərqin limanları" (Les Échelles du Levant) adlı romanı, 1998-ci ildə isə "Ölümcül şəxsiyyətlər" (Les Identités meurtrières) adlı esselər kitabı satışa çıxıb.

Amin Maaluf 2000-ci ildə "Yüzüncü Ad – Baldasarın səyahəti" (Le Périple de Baldassare), 2004-cü ildə isə "Yolların başlanğıcı" adlı romanını oxucalara təqdim edib.

Məşhur yazıçı oxunaqlı romanlar müəllifi olmaqla yanaşı, bir neçə librettonun da müəllifidir.

Bir-birindən gözəl tarixi romanlar yazan məşhur yazıçı hal-hazırda Parisdə yaşamaqdadır.

  • Xaç yürüşləri Ərəblərin gözüylə (publisistika), 1983
  • Afrikalı Leo (roman), 1986
  • Səmərqənd (roman), 1988
  • İşıq baxçaları (publisistika), 1991
  • Bitrisdən sonra birinci yüz il(roman), 1992
  • Tanios qayası (roman), 1993
  • Şərqin limanları (roman), 1996
  • Ölümcül şəxsiyyətlər(publisistika), 1998
  • Baldasarın səyahəti(roman), 2000
  • Yolların başlanğıcı(roman), 2004
  • Mismarı çıxmış dünya (publisistika), 2009

Opera librettoları

[redaktə | vikimətni redaktə et]
  • Uzaqdan eşq, 2001
  • Adriana Mater, 2004
  1. 1 2 Académie française (fr.).
  2. امين رشدي معلوف | المشرع قضاء المتن الشمالي جبل لبنان.