Alvin Plantinqa
Alvin Plantinqa | |
---|---|
Doğum tarixi | 15 noyabr 1932[2] (92 yaş) |
Doğum yeri | |
Elm sahələri | fəlsəfə, epistemologiya[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
philosophy.nd.edu/people… | |
Vikianbarda əlaqəli mediafayllar |
Alvin Karl Plantinqa (ing. Alvin Carl Plantinga; 15 noyabr 1932[2], Ann-Arbor, Miçiqan[3]) — Amerikalı məşhur epistemoloq və din filosofu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Miçiqan əyalətinin "Ann Arbor" regionunda 15 noyabr 1932-ci ildə dünyaya gəlmişdir. Atası Kornelius A. Plantinqa Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olmuşdur. Sonralar həm Mişiqan universitetində və Kalvin kollecində fəlsəfə müəllimi olmuşdur. Anası Letti Plantinqa Hollandiya əsillidir. Böyük vətən müharibəsi vaxtında ailəsi ilə birgə Amerikaya köçmüşdür. 1955-ci ildə Ketlin Deboer adlı xanımla ailə həyatı qurur. Onun dörd övladı olmuşdur. A. Plantinqa xristian dininə çox bağlıdır. O alpinistliyə çox meyl göstərir. Təbiəti sevir və ondan yararlanmağa çalışır. Ona görə İlahi nəfəs dağlarda daha çox özünü əks etdirir. O müasir və məşhur Amerikalı filosofdur. O analitik fəlsəfənin və müasir epistemologiyanın həm korifey həm də canlı nümayəndəsi sayılır. Epistemologiyada "Reformed Epistemology" yeni fəlsəfi cərəyanın yaradıcısı hesab edilir.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]A. Plantinqa 1949-cu ildə Ceymstaun Kollecinə qəbul olur. Daha sonra Kalvin Kollecini bitirir. 1954-cü ildə Miçiqan universitetinə daxil olur. Sonra Yale Universitetində Ph. D dərəcəsini alır. Daha sonra o, 1957-ci ildə Ueyn universitetinə yollanır. 1963-cü ildə Kalvin Kollecinə müəllim kimi qayıdır. 19 il bu kollecdə tədris və araşdırmadan sonra Notr-Dam universitetinə dəvət alır. Və hal-hazıradək orada elmi fəaliyyətinə məşğuldur.[5]
Epistemologiya nədir və A. Plantinqanın epistemoloji baxışı hansıdır?
[redaktə | mənbəni redaktə et]- O məntiq, fəlsəfə, din fəlsəfəsi, analitik fəlsəfə və epistemologiya sahəsində həqiqətən elmi dirçəliş yaratmışdır. O epistemologiya sahəsində islah edilmiş epistemologiya nəzəriyyəsini irəli sürmüş və "Reformed Epistemology" adlı elmi cərəyan yaratmışdır. Epistemologiyanın Avropada inkişaf etmiş formalarını, sensualizm evidentalism nəzəriyyələrini əsaslı tənqid etmiş və İslah olunmuş epistemologiya nəzəriyyəsini əsaslandıraraq isbat etmişdir. O epistemologiyada fundamentalizm nəzəriyyəsini qəbul edir. Filosof bir növ epistemoloji fundamentalizmi də qəbul etmişdir. Onun fəlsəfi düşüncələrinə nəzər saldıqda, deyə bilərik ki, o həqiqəti əldə etmək istəmiş, lakin predmetlərin əldə olunmasında rəngarəngliklə qarşılaşmışdır. Filosof inamla ağıl arasında həll oluna bilməyən ziddiyyətin olmadığına və onların bir- birlərini tamamladıqlarına inanır.
- Epistemologiya sözü yunanca "epistemo" bilik, məlumat, "logos" təlim sözlərinin birləşməsiylə yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfə qolu, biliyin nə olması ilə, onun necəliyi ilə maraqlanır. Epistemologiya fəlsəfəsi bizə elmi, dini, fəlsəfi, texniki, sənət biliklərinin fərqləndirilməsi baxımından da çox önəmlidir. Əsasən "bilik nədir və necə yaranır?", "biliyin növləri və onların arasındakı bənzərliklər və fərqlər nələrdir?", "biliyi əldə etməyin yolları hansılardır?", "bilik fəaliyyətləri nələrdir?", "biliyin qaynağı, problemi nədir?", "biliyin doğruluğu və gerçəkliklə bağlılığı nələrdir?", "tam mütləq biliyə çata bilərikmi?", "bilməyin məhdudluğu varmı?", "insan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?", "biliyin dəyəri nədir?" kimi bilmək aktıyla bağlı sualları cavablamağa və bu kimi problemləri həll etməyə çalışır. Fəlsəfənin bu qolu antik dönəmdən günümüzə qədər filosofların beynini məşğul etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Lüdviq Vitgenşteyn
- Nikolas Volterstorf
- Din fəlsəfəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Czech National Name Authority Database as Linked Data, Báze národních jmenných autorit v podobě propojených dat.
- ↑ 1 2 Alvin Plantinga // Internet Philosophy Ontology project (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119153114 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Elm və Həyat Jurnalı, Alvin Plantinqa — XX əsrin analitik epistemoloqu, Ələddin Məlikov, No 2, (Say-465), 2018, səh 17
- ↑ "Alvin Plantinqa- XX əsrin analitik epistemoloqu". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
- 15 noyabrda doğulanlar
- 1932-ci ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Miçiqanda doğulanlar
- Harvard Universitetinin məzunları
- Miçiqan Universitetinin məzunları
- Yel Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- XX əsr filosofları
- Epistemologiya
- ABŞ filosofları
- Metafiziklər
- Epistemoloqlar