Alma püresi
Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır.[1]
Yağ əvəzləyicisi kimi istifadə oluna bilər.[2][3]
Hazır alma püresi supermarketlərdən əldə edilə bilər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir.[4]
Hazırlanması
[redaktə | mənbəni redaktə et]Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər. Dad qatmaq üçün şəkər, ədviyyatlar və ya limon şirəsi də əlavə edilə bilər.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Alma püresi daha çox qışda tədarük edilmək üçün hazırlanır.[5] Ana yeməyin yanında servis edilə bilər. Qızardılmış kartof və tərəvəzlərlə birgə qəbul edilməsi tövsiyə edilir. Məsələn, İsveç və Britaniyada alma püresi qızardılmış donuz ətinin dadlandırıcısı kimi istifadə olunur. Almaniyada kartof blini, Niderlandda isə kartof qızartması ilə servis olunur. ABŞ-da da daha çox digər yeməklərin yanında servis edilir, həm də desert kimi ayrılıqda, eləcə də alma püreli tortun hazırlanması zamanı istifadə olunur. Həmçinin qəlyənaltı kimi tost çörəyi ilə tədarük olunur.[6] Fransada alma püresinə kompot deyilir və desert kimi otaq temperaturunda servis edilir. Eləcə də Portuqaliyada maçã cozida (bişmiş alma) ayrıca desertdir.
Alma sousundan çörək bişirərkən yağ[7][8][9] və ya yumurta əvəzi[10] istifadə edilə bilər.
İshal əleyhinə istifadəsi
[redaktə | mənbəni redaktə et]Pektin maddələri (alma püresi hazırlanarkən də əlavə oluna bilər) ilə zəngin olduğundan, diareyanın qarşısını almaq üçün evdə istifadə edilə bilən vasitə kimi çıxış edir.[11] Alma püresi, buna görə də BRAT pəhrizi kimi tanınan, ishal və mədə problemləri olan uşaqlara kömək etmək üçün hazırlanmış rejimin tərkib hissəsidir: B — banan (ing. banana), R — düyü (ing. rice), A — alma sousu (ing. apple sauce) və T — tost çörəyi (ing. toast).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Palmatier, Robert Allen. Food: a dictionary of literal and nonliteral terms. Greenwood. 2000. səh. 11. ISBN 978-0-313-31436-0. 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ David Tao. "Healthier Ways to Bake Without Butter or Oil". Greatist. 13 November 2012. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2014.
- ↑ "HowStuffWorks "Ultimate Guide to Low-fat Baking"". HowStuffWorks. 12 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2014.
- ↑ "Food history: applesauce". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ Hale, Sarah Josepha Buell. The good housekeeper: or, The way to live well and to be well while we live : containing directions for choosing and preparing food, in regard to health, economy and taste. Weeks, Jordan. 1839. səh. 79. 23 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2011.
- ↑ "Applesauce Cake, Source: U.S. Department of Defence". Theodora's Recipies(sic). 16 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2014.
- ↑ David Tao. "Healthier Ways to Bake Without Butter or Oil". Greatist. 13 November 2012. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2014.
- ↑ "Baking Alternatives - Reducing Fat in Your Favorite Baked Goods Recipes". Wilton Blog - Ideas from Wilton. 4 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 October 2014.
- ↑ "HowStuffWorks "Ultimate Guide to Low-fat Baking"". HowStuffWorks. 12 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2014.
- ↑ Julie R. Thomson. "5 Ingredients To Substitute For Eggs In Vegan Baking". Huffington Post. 11 August 2015 [6 August 2015]. 29 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2019.
- ↑ Graedon, Joe; Teresa Graedon. The People's Pharmacy Guide to Home and Herbal Remedies. Macmillan. 2002. səh. 198. ISBN 978-0-312-98139-6. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2011.