Alim Aydamaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alim Aydamaq
krımtat. Alim Azamat oğlu
Doğum tarixi 1816
Vəfat tarixi ən tezi 1849
Fəaliyyəti soyğunçu

Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır.

1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır.[1] Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.[1][2]

1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.[3]

Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub.[4]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus. "Алим — крымский разбойник") romanı, Aleksey Kozlovun "Alim Krım soyğunçusu" (1897) pyesi, Vladimir Karpov-Krımskinin "Tatar cigiti Alim Əzəmət oğlu" (rus. "Татарский джигит Алим Азамат-оглу") pyesi, Mixail Şevlyakovun "Krımın fəxri soyğunçu Alim" (1912) (rus. "Гордость Крыма — розбойник Алим") əsəri, Ömər İpçinin "Alim" (1925) pyesi, Feodosi Ferents-Sokolovskinin "Əks – səda vadisi: Krım əfsanəsi" (1928) (rus. "Долина эха: Крымская легенда") poeması, Yusuf Bolatın "Alim" və "Alim ata mindi" (1940 və 1980) (rus. Алим сел на коня) romanları, Riza Fazılın "Alim Krım cigiti" (2005) (rus. "Алим — крымский джигит") romanı kimi ədəbiyyat işləri yer alır.[3][5][6][7]

"Men Qarasuvqa toyga da bardım", "Alim", "Hey ağalar, men Alimnin …" kimi bir sıra xalq mahnıları Alimə həsr olunmuşdur.[2]

haqqında əfsanənin ilk film adaptasiyası "Alim Krım soyğunçusu" 1916-cı ildə rejissor Vyaçeslav Viskovski tərəfindən lentə alındı. Alim rolunu Sergey Tsenin oynadı. 10 il sonra Georgi Tasin tərəfindən "Alim" adlı filmi çəkildi, bu dəfə əsas rolu Xeyri Əmirzadə oynadı.[6]

2015-ci ildə filologiya elmləri namizədi Tamila Seyitgyayeva "Krım tatar ədəbiyyatında Alim obrazı" mövzusunda dissertasiya işini müdafiə etdi.[2]

Əfsanəyə görə səlahiyyətlilərdən gizləndiyi qobu və mağaraya Alimin adı verilmişdir.[3] Alim Aydamağın adı Evpatoriya şəhərinin İsmayil-Bəy mikrorayonunun və Teplovka kəndinin küçələrinə verilmişdir.[6]

Alimin doğulduğu Çeremisovka kəndində (əvvəlki adı Kopırlıköy) 22 yanvar 2005-ci ildə Aydamağa abidə ucaldıldı.[6]

  1. 1 2 Сеитягьяева Т.Р. Предварительный анализ архивных документов, связанных с деятельностью Алима Азамат оглу в Крыму // Ученые записки Крымского федерального университета имени В. И. Вернадского. Филологические науки. № 2—2. 2012.
  2. 1 2 3 Усеинова Гульнара. "Алим Азамат-оглу – благородный защитник обездоленных". Голос Крыма. 2015-01-23. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  3. 1 2 3 В. О. Грушецька. КІНОФІЛЬМ "АЛІМ" – ДЖЕРЕЛО ВИВЧЕННЯ ТРАДИЦІЙНОГО КОСТЮМУ КРИМСЬКИХ ТАТАР І КРИМСЬКИХ КАРАЇМІВ СЕРЕДИНИ XIX СТ. (ДО 200-РІЧЧЯ ВІД ДНЯ НАРОДЖЕННЯ АЛІМА АЗАМАТ ОГЛУ) // Записки історичного факультету . 0 (ukrayna) (27). 2016. doi:10.18524/2312-6825.2016.27.102030. ISSN 2312-6825.
  4. Іваневич Тетяна. "Він грабував багатих, роздавав гроші бідним, з'являвся в кількох місцях одночасно та, можливо, прожив 110 років. Українською переклали книгу про розбійника Аліма". QHA media (ukrayna). 2019-03-25. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  5. Волошенюк О. Перший кримськотатарський фільм: постколоніальні студії (PDF) // Студії мистецтвознавчі. 2017. 51—64.
  6. 1 2 3 4 Военный Ибраим. "Сквозь время по следам человека-легенды". avdet.org. 2016-08-22. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  7. "Просмотр кинокартины "Алим"". Республиканская крымскотатарская библиотека им. И. Гаспринского. 2016-03-01. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.