Alatoranlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alatoranlığın müxtəlif vaxtları

Alatoranlıq, alaqaranlıq və ya toran[1]şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır.

Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir.

Təyin edilməsi

[redaktə | mənbəni redaktə et]
ABŞ-nin qərbindəki bir yaşayış məntəqəsində qeydə alınmış alatoranlıq vaxtı.

Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).

Təsviri Günəşin düşmə bucağı
Gecə 18°dən çox
Astronomik mövqeyi 12° - 18°
Dəniz mövqeyi 6° - 12°
Günlük mövqeyi 6°dən az
Gündüz (Günəş üfüqün üzərində olarkən)
  1. Алаторанлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.