Akif Əlizadə
Akif Əlizadə | |
---|---|
Doğum tarixi | 25 fevral 1934 (90 yaş) |
Doğum yeri | |
Elm sahələri | geologiya, paleontologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Akif Ağamehdi oğlu Əlizadə (25 fevral 1934, Bakı) — Azərbaycan geoloqu, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013–2019)[1], Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri (2014–2019).[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Mənsub olduğu nəslin nümayəndəsi olan Ağa Seyidəli Mirmövsümzadə uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuşdur. Nümunə kimi din xadimi Axund ağa Əlizadə[3] və 36 yaşında öldürülən qardaşı Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadəni və Azərbaycan Tibb İnstitutunun prorektoru olmuş, öz kabinetində güllələnərək qətlə yetirilən[4] digər qardaşı Maqsud Əlizadəni[5] göstərmək olar.
Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi.[6]
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Akif Əlizadə ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Akif Əlizadə SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur.
Akif Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük akademik A. Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir.
O, Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.[2]
O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm dünyası A. P. Pavlov və Q. Y. Krımholtsla yanaşı akademik A. Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir.[7] Təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi — "Akifibelidlər" adlandırılmışdır (1984-cü il).[2]
Akif Əlizadə Geologiya İnstitutunun 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktoru olmuşdur.
Akif Əlizadənin rəhbərliyi ilə səkkiz cildlik unikal fundamental əsərlər — "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası yaradılmış və nəşr edilmişdir.
Akademik Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (2012-ci il) və Bakı Dövlət Universitetinin (2013-cü il) baza kafedraları yaradılmışdır.
Akademik Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradılmışdır (2014-cü il).[2]
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]- "Fədakar əməyə görə" medalı — 1970
- "Şərəf nişanı" ordeni — 1986
- Azərbaycan Respublikasının Əməkdar elm xadimi — 1991
- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 26 may 1991
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 2004
- Azərbaycan Respublikasının "Şərəf" ordeni — 2009
- Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü — 2014
- Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və mədəniyyət fədakarı" Fəxri nişanı — 2014
- Azərbaycan Respublikasının "İstiqlal" ordeni — 2014[2]
- Azərbaycan Respublikasının I dərəcəli "Əmək" ordeni — 2019
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 24 fevral 2024[8]
Əsərləri
[redaktə | vikimətni redaktə et]- О генезисе нафталанской лечебной нефти//Азербайджанское Нефтяное Хозяйство, 1972, с.15–16
- Меловые белемниты Азербайджана. М.: Недра, 1972, 280 с.
- Меловые белемниты Азербайджана [Текст] : Автореферат дис. на соискание ученой степени доктора геолого-минералогических наук. (128) / Ак. А. Али-заде ; АН АзССР. Ин-т геологии им. И. М. Губкина. Баку: [б. и.], 1969, 44 с.
- Температура древних морей / А. А. Ализаде, С. А. Алиев; АН АзССР, Ин-т геологии им. И. М. Губкина. Баку: Элм, 1986, 106,[2] с.
- Белемниты. Атлас меловой фауны Азербайджана. Баку: Элм, 1988, с. 389–416
- Геология Азербайджана. Т.1. Стратиграфия. Часть 2. Мезозой и Кайнозой. Глава IV. Меловая система. Баку, Nafta-Press. 2007. C. 107–228. (Cоавторы: Х. Алиюлла, Р. Н. Мамедзаде, А. Г. Халилов и др.).
- Науки о Земле: возможно ли устойчивое развитие? Изв. НАН Азербайджана. Науки о Земле. 2007. № 1, С 3–20.
- Минералы Азербайджана. Энциклопедия. Баку, Nafta-Press. 2008. 361 с. (Соавторы: М. И. Чирагов, С. Ф. Велизаде, Г. Велиев).
- Флагман фундаментальной геологической науки Азербайджана. Изв. НАН Азербайджана. Науки о Земле. 2008. № 2, С. 3–17.
- Новые горизонты геологической науки Азербайджана. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 1, С. 3–24.
- О необходимости междисциплинарных научных исследований на Каспийском море. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 4, С. 3–5.
- Biologic Accumulation Levels of Chemical Elements in Mollusk Shelles of Deep Biofacies Marmara Sea, Turkey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 1, P. 3–18. (Co-authors: S. Aliyev, A. Sari).
- Mineralogical Investiqation of Mollusk Skeletals in south and Southwest Marmara Basin, Turkiey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 2, P. 3–12. (Co-authors: S. Aliyev, A. Sari).
- Kinematics of the Main Caucasus Thrust near Baku, Azerbaijan. AGU Fall Meeting Abstracts, 2011, 1, 02 (Co-authors: M. A. Floyd, F. A. Kadirov, I. Guliyev, R. E. Reilinger, S. Kuleli et al.)
- Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində. Bakı, Nafta-Press, 2011. 112 c. (Azərbaycan, rus və ingilis dillərində).
- Intelligent seismoacoustic system for monitoring the beginning of anomalous seismic process.. Seismic instruments, 2011. vol. 47, № 1. (Co-authors: T. A. Aliyev, G. D. Etirmishli, G. A. Guluev, F. G. Pashaev, A. G. Rzaev).
- Depositional environment and chemostratigraphy of the Pliocene Productive Series, South Caspian basin. Modern problems of geology and geophysics of Caucasus. Bakı, Nafta-Press, 2012. P. 7–26. (Co-authors: E. Aliyeva).
- Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. Natural hazards, 2012, 63 (2), 997–1006 (Co-authors: F. Kadirov, M. Floyd, I. Guliyev, R. Reilinger, S. Kuleli et al.)
- Late pleistocene-holocene Caspian sea level and climate changes. The EDGE of Sea: Sediments, Geomorphlogy, Tectonics, and Stratigraphy in Quaternary Studies. 2012. (26–30, Septembr. Sassari, Sardinia, Italy). (Co-authors: E. Aliyeva et al.).
- The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI, 2013, 827–831 (Co-authors: E. Aliyeva, D. Huseynov, I. Guliyev).
- Палиностратиграфия и условия формирования майкопской свиты Шамаха-Гобустанской области Азербайджана. Вестник Пермского Университета, серия геология. 2014, вып. 4 (25), С. 8–21. (Соавторы: Е. Н. Тагиева, Ш. Ш. Байрамова).
- Azərbaycanda müasir iqtisadi durum və fundamental elm//"Elm və Həyat", (01) aprel, 2014, s. 5–12
- Методологические проблемы исследования геосистем. Вопросы философии. 2015. № 6, С. 85–89. (Соавторы: Х. А. Али-заде, Е. Н. Лятифова).
- Geosciences of Azerbaijan. Volume I: Geology. Springer. 2016. 237 p. (Co-authors: I. S. Guliyev, F. A. Kadirov, L. V. Eppelbaum).
- Geosciences of Azerbaijan. Volume II: Economic Geology and Applied Geophysics. Springer. 2016. 340 p. (Co-authors: I. S. Guliyev, F. A. Kadirov, L. V. Eppelbaum).
- Əlizadə A., Hüseynov Q. Şollar-Bakı-100//Tarix İnstitutu "Elmi əsərləri"nin xüsusi buraxılışı, 62-ci cild: "Şollar-Bakı — 100", 2017, s. 3–17
- Ализаде А., Гусейнов К. Шоллар-Баку-100//Tarix İnstitutu "Elmi əsərləri"nin xüsusi buraxılışı, 62-ci cild: "Şollar-Bakı — 100", 2017, с.18–33
- Alizade A., Huseynov Q. Shollar-Baku-100//Tarix İnstitutu "Elmi əsərləri"nin xüsusi buraxılışı, 62-ci cild: "Şollar-Bakı — 100", 2017, pp. 34–48
- Продуктивная толща Азербайджана: [в 2 т.] / А. А. Ализаде, И. С. Гулиев, П. З. Мамедов [и др.]. Москва: Недра, 2018
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ A. A. Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2013-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2017-10-14 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 4 5 "Əlizadə Akif Ağa Mehdi oğlu — AMEA-nın rəsmi veb saytı". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "İlham Mirzəyev. Dünya şöhrətli alim… Akif Əlizadə — 80//"Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Səs.- 2014.- 21 fevral.- S.4". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Kommunist Partiyasının qara tarixi: 69-cu il". 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
- ↑ "Akif Əlizadə - 80: Şeyxin nəvəsi, geoloq, Akademiya prezidenti..." 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
- ↑ "Əsədulla Cəfərov. Elmlə təşkilatçılığın vəhdəti: Akif Əlizadə — 85//Kredo qəzeti, 2019, 7 fevral, s.2–3" (PDF). 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-17.
- ↑ "Paleontologiyanın əsasları", M. "Nedra", 1990, səh. 101
- ↑ "A.A.Əli Zadənin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-02-24.
Mənbə
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 25 fevralda doğulanlar
- 1934-cü ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Bakıda doğulanlar
- Geologiya-mineralogiya elmləri doktorları
- Akademiklər
- AMEA-nın alimləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Articles with hatnote templates targeting a nonexistent page
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- AMEA-nın həqiqi üzvləri
- AMEA prezidentləri
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri
- Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları
- Əlizadələr
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri