Airyanem-Vaecah
Airyanəm-Vaecah (avest. airiianəm vaējah, airiianəm vaējō (çox vaxt airyanəm vaējah), "Aryan düzənliyi"[1]) — qədim iranlıların,[2] arilərin[1] mifik dədə-baba yurdu; Vidivdada görə, Ahura Mazda tərəfindən bəşəriyyət üçün yaradılmış 16 "ən yaxşı" (avest. vahišta-) "yerlər və regionlar" (avest. asah- və avest. šōiθra-) siyahısı məhz onunla başlayır.[1]
Təsviri
[redaktə | vikimətni redaktə et]Bu ölkə, ərazisindən gözəl Daityya[1] (Vahvi-Datiya) çayının axdığı sonsuz bir düzənlik kimi təsvir edilmişdir. Ölkəyə göndərilən fəlakətlər kimi "narıncı ilan" və on aylıq qış göstərilir. "Ən yaxşı ölkənin" sərt iqlim şəraiti alimlər arasında müzakirələrə səbəb olmuşdur. Belə ki, Helmut Qumbax bu uyğunsuzluğu Avestanın Pəhləvi dilindəki mətnində mövcud olan sətirin itirilməsi ilə izah edir: "sonra: yeddi ay yay və beş qış ayları" iqlim normalarına kifayət qədər müvafiqdir.[3] Zərdüştün əfsanəvi vətəni[4] və dünyanın mərkəzi kimi Avestanın digər hissələrində də tez-tez xatırlanır. Meri Boysa görə, Airyanam Vaecah bu siyahıda "gec əlavə kimi görünür".[2] Midiya maqları öz ölkələrini məhz bu region ilə eyniləşdirirdilər.[5]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Брагинский И. С. Арйана Вэджа // Мифы народов мира. I. М.: Советская энциклопедия. Ред. С. А. Токарев. 1991. 104.
- ↑ 1 2 Бойс М. Зороастрийцы. Верования и обычаи. М.: Главная редакция восточной литературы издательства «Наука». 1987. 52. Sitat səhvi: Xətalı
<ref>
etiketi; "Бойс52" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ Bryant E. The Quest for the Origins of Vedic Culture. New York: Oxford University Press. 2001. 327. ISBN 0-19-513777-9.
- ↑ Bryant E. The Quest for the Origins of Vedic Culture. New York: Oxford University Press. 2001. 132. ISBN 0-19-513777-9.
- ↑ Бойс М. Зороастрийцы. Верования и обычаи. М.: Главная редакция восточной литературы издательства «Наука». 1987. 115.