44°47,27′ şm. e. 20°24,20′ ş. u.HGYO

Ada Siqanliya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ada Siqanliya
serb. Ада Циганлија
Ümumi məlumatlar
Sahəsi 2,72 km²
Uzunluğu
  • 4,2 km
Eni 0,2 km
Hündür nöqtəsi 78 m
Əhalisi 0 nəfər (2017-ci il)
Yerləşməsi
44°47,27′ şm. e. 20°24,20′ ş. u.HGYO
Ölkə  Serbiya
Şəhər
Akvatoriya
Ada Siqanliya xəritədə
Ada Siqanliya
Ada Siqanliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Siqanliya (serb. Ада Циганлија) — Belqraddakı Sava çayının yatağında yerləşən ada. Ada süni şəkildə bir yarımadaya çevrilmişdir. Adı Savadakı süni göl və çimərliyə də verilmişdir. Belqradın mərkəzindən 4 km məsafədə yerləşdiyinə görə məşhur bir istirahət zonasına çevrilmişdir. Bundan əvvəl isə adadakı bataqlıqları qurudulmuşdur. Özünün çimərlikləri və idman qurğuları ilə tanınır. Yay aylarında hər gün 100 minə qədər insan adanı ziyarət edir.[1]

Bəzi salnaməçilər adanın adını keltlərdən qalma olduğunu iddia edirlər. Sinqaliya sözünə çevrilən sinqa — ada və lia — sualtı torpaqlar kimi tərcümə edirlər. 1821-ci ildə ada dövlət mülkiyyəti elan edilir və bu günə qədər də dövlət mülkiyyəti olaraq qalır. Çayın alt və üst bəndləri 1967-ci ildə tikilmiş, bunun sayəsində şəhər 4,2 km uzunluğa, 200 m eninə və 4–6 m dərinliyə malik bənzərsiz bir gölə sahiblənmişdir. Şəfalı mikroiqlimi (bir qədər aşağı temperatur, yüksək rütubət və qrunt suları) sayəsində ekoloji turizm yerlərindən biridir. Flora baxımından palıd, Amerika qovağı və göyrüş kimilərlə təmsil olunur. Quşlardan ördək və qağayı həmçinin qırqovul və bildirçinlər ən çox yayılmışdır. Maral və dovşanlar ən çox rast gəlinən məməlilərdir. Süni göl Avropadakı ən böyük süni göllərdən biridir. Göldəki su çaydankından daha isti və təmizdir. Üzgüçülük, baydarka, su polosu, dalış və sörf üçün uyğundur. Adada 50-yə yaxın idman qurğusu, o cümlədən qolf meydançası, xizək qaldırıcı, futbol meydançası, tennis kortu, voleybol və beysbol meydançaları var.[2] 2008–2011-ci illərdə Çukaritsa və Novi-Beoqrad icmalarını birləşdirən gölün şərq ucu üzərində bir körpü inşa edilmişdir.[3]

  1. LJ. Perović. "Sto hiljada sugrađana na Vodenom cvetu" (serb). politika.sr. 14/07/2008. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-31.
  2. "Ada Ciganlija" (serb). Beograd.sr. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-31.
  3. "Официальный сайт моста" (ingilis). 2014-10-11 tarixində arxivləşdirilib.