ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası | |
---|---|
The United States Securities and Exchange Commission | |
Yaranma tarixi | 6 iyun 1934 |
Mərkəzi | |
Qurucusu | |
Üzvləri |
|
sec.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ qiymətli kağızlar və mübadilə komissiyası (ing. The United States Securities and Exchange Commission, SEC) — ABŞ dövlət qurumu ABŞ qiymətli kağızlar bazarı üçün əsas nəzarət və tənzimləmə agentliyidir. Komissiya 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında yaradıldı. Komissiyanın məqsədi Böyük böhran dövründə investorların fond bazarına olan inamını bərpa etmək idi. İlk SEC sədri, ölkənin gələcək prezidenti Con Kennedinin atası Cozef Patrik Kennedi olmuşdur.
Komissiya 1934-cü il Qiymətli Kağızlar Mübadilə Qanununa (ing. Securities Exchange Act of 1934) uyğun olaraq yaradılmışdır. Bu qanuna əlavə olaraq Komissiyanın fəaliyyəti aşağıdakı vacib qanunlarla tənzimlənir:
- Qiymətli kağızlar qanunu (Securities Act of 1933)
- Etibar sənədi qanunu 1939 . (the Trust Indenture Act of 1939)
- İnvestisiya şirkətləri qanunu 1940 . (the Investment Company Act of 1940)
- İnvestisiya məsləhətçiləri qanunu 1940 . (the Investment Advisers Act of 1940)
- Sarbeynz — Oksli qanunu 2002 . (the Sarbanes-Oxley Act of 2002)
Hal-hazırda komissiyanın sədri Cey Kleytondur, ABŞ Prezidenti Donald Tramp tərəfindən təyin olunmuş və ABŞ Senatı tərəfindən təsdiqlənmişdir[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Сенат США утвердил Джея Клейтона новым главой Комиссии по ценным бумагам". Интерфакс. 03.05.2017. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.