ABŞ Milli Elmlər Akademiyası
ABŞ Milli Elmlər Akademiyası NAS[1] | |
---|---|
The National Academy of Sciences | |
Yaranma tarixi | 3 mart 1863 |
Mərkəzi |
|
Sədr | Morqan Tomas Hant |
nasonline.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Milli Elmlər Akademiyasi (ing. National Academy of Sciences) — 1863 ildə yaradılmışdır. Vaşinqtondadır. Riyaziyyat; astronomiya fizika; texnika; kimya; geologiya;botanika;zoologiya, fiziologiya; mikrobiologiya; antropologiya; psixologiya; geofizika; biokimya; tətbiqi biologiya;tətbiqi fizika-riyaziyyat elmləri; tibb elmləri, genetika; ictimai, iqtisadi vəsiyasi elmlər və s. bölmələri, həmçininelm və texnikanın müxtəlif problemlərinə dair komitələri var.[2]
Haqqında
[redaktə | vikimətni redaktə et]MEA-nın 2000 həqiqi, o cümlədən 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008). Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir. Prezident və şuranın üzvləri 6 illik müddətə seçilir; prezident 2 dəfədən çox seçilmir. Şuranın qərarları akademiyanın illik yığıncağında təsdiq olunur. Akademiya Ford, Rokfeller və Slounun fondları, Milli elmi fond və digər fondlar tərəfindən maliyyələşdirilir. Xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məqsədilə akademiyanın nəzdində xüsusi şura və komitələr yaradılmışdır. MEA-nın nəşriyyatı və məlumat bürosu var. "Milli Elmlər Akademiyasının əsərləri", "MEA Xəbərləri" jurnallarını, həmçinin elm və texnikanın aktual problemlərinə dair elmi əsər və monoqrafiyalar nəşr edir.[2]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Beckman Konfrans Mərkəzi,Milli Elmlər Akademiyası Birləşmiş Ştatlar ətrafında bir çox binanı saxlayır.
-
Vaşinqton, Milli Elmlər Akademiyasının Milli Akademiyalar Mərkəzinin Keck Mərkəzini idarə etdiyi bir neçə obyektdən biridir
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://council.science/members/online-directory/.
- ↑ 1 2 AME // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2009. — I cild. — Səhifələrin sayı: 208. — Səh.: 7. — 10 000 nüsx. — ISBN 978-9952-441-02-4.[b]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Resmi sayt
- Marian Koşlan elmlər muzeyi
- Konqres kitabxanası
- Rəqəmsal toplama