Aşağı Kürdmahmudlu
Aşağı Kürdmahmudlu | |
---|---|
39°35′22″ şm. e. 47°28′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1932[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir. Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur. Əhalisi 1500 nəfərə yaxındır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2013-cü il yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.[5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə qaz verilib". 2013-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.